"XOCALI TARİXİN QAN YADDAŞI" adlı rəsm sərgisi elan olunmuş, mətbuat konfransı keçirilmişdir - +FOTO=23 (İ. Nəriman - AZpress.AZ)

"XOCALI TARİXİN QAN YADDAŞI" adlı rəsm sərgisi elan olunmuş, mətbuat konfransı keçirilmişdir +FOTO=23 (İ. Nəriman - AZpress.AZ)

 AZpress.AZ xəbər verir ki, 28 noyabr 2019-cu il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “XOCALIYA ƏDALƏT” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunmuş Azərbaycan Respublikası üzrə Xocalı soyqırımı mövzusunda "XOCALI TARİXİN QAN YADDAŞI" adlı rəsm sərgisi elan olunmuş mətbuat konfransı baş tutmuşdur.

Konfrans Azərbaycan Respublikasının himni ilə açlış edərək şəhidlərimizin ruhu 1 dəqiqəlik sükütla yad edilmişdir. Konfransı giriş sözü ilə “EMEDIA GROUP” Media təşkilatının sədri Elşən Əliyev açaraq bütün peşəkar rəssamları sərgidə iştirak etməyə dəvət edərək bildirdiki Xocalı soyqırımının 28-ci ildönümündə “XOCALI TARİXİN QAN YADDAŞI” adlı sərginin keçirilməsində məqsədimiz bir daha sübut etmək ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir.

Sərgi ilk növbədə Fevralın 3 dən başlayaraq Regionlarda təşkil olunacaq sərgi daha sonra paytaxt Bakıda təşkil olunacaq. Eyni zamanda sərgi ölkədən kənarda da həyata keçiriləcək. İştirakçı olmaq üçün son qeydiyyat tarixi dekabrın 10-dur. Mövzu üzrə hazırlanan rəsm əsərləri yanvarın 28 -i təhvil verilməlidir. Sərgiyə Fevralın 3-ü start veriləcək.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !