İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 BOKS

Şlkə çempionları bəlli olub

 

Boks Mərkəzində kişi boksçular arasında keçirilən və 6 gün davam edən seçmə xarakterli Azərbaycan çempionatı başa çatıb. Ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən 29 komandanın (klublar və idman cəmiyyətləri) heyətində ümumilikdə 109 boksçusu medallar uğrunda 8 şəki dərəcəsində qüvvəsini sınayıb. Azərbaycan Boks Federasiyasından aldığımız məlumata görə, bir gün öncə baş tutan həlledici döyüşlərdə qalib gələn Maqsud Xasmetov (52 kq), Ümid Rüstəmov (57 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov (81 kq), Rauf Rəhimov (91 kq) və Asəf Aslanlı (+91 kq) çempion titulunu qazanıb. Maraqlıdır ki, bəzi boksçular mükafat qazanmaqla yanaşı, həm də ayrı-ayrı nominasiyaların qalibi olublar. Dünya çempionu Cavid Çələbiyev çempion olmaqla bərabər, həm də, çempionatın ən yaxşı boksçusu nominasiyasında xüsusi diplomla təltif edilib. Ümid Rüstəmov ən texnikalı, Maqsud Xasmetov isə ən gənc boksçu adına sahib olub.
Komanda hesabına gəlincə, birinci yeri Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti (2-5-3). İkinci pilləyə “Sədərək” İK-in (2-1-3) yiyələndiyi çempionatda. ilk üçlüyü isə “Qəbələ” İK (1-1-0) tamamlayıb.

Qeyd edək ki,çempionatın reqlamentinə uyğun olaraq, qalib və mükafatçılar yığmanın heyətinə cəlb olunaraq, ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək hüququ qazanıblar.

Boks həvəskarlarının marağını nəzrz alaraq, həlledici finalda qarşılaşan cütləri və onların nəticələrini təqdim edirik:

52 kq: Yadigar Əliyev (DİN İC) – Maqsud Xasmetov (“Abşeron” İK) – 0:5

57 kq: Tayfur Əliyev (“Sədərək” İK) – Ümid Rüstəmov (DİN İC) – 0:5

63 kq: Ruslan Rüstəmov (DİN İC) – Cavid Çələbiyev (“Qəbələ” İK) – 0:5

69 kq: Vüsal Əliyev (Sumqayıt) – Sərxan Əliyev (MOİK) – 1:4

75 kq: Amin Kuşkov (“Sədərək” İK) – Mirəşrəf Kazımzadə (DİN İC) – 3:1

81 kq: Cəbrayıl Yelekov (“Sədərək” İK) – Sürət Qarayev (DİN İC) – ikinci döyüşə gəlməyib (zədə səbəbindən)

91 kq: Rauf Rəhimov (“Neftçi” İK) – Sadiq Səmədov (“Qəbələ” İK) – həkim döyüşü saxladığından birinci qalib elan olunub

+91 kq: Asəf Aslanlı (DİN İC) – Gülhüseyn Ağazadə (DİN İC) – 5:0

 

***

 

CÜDO

 

Elmar Qasımov dünya reytinqində 4 pillə irəliləyib

Rüstəm Orucov isə liderliyində qalıb

Yaponiyanın Osake şıhərində kişi və qadın cüdoçular arasında keçirilən "Böyük Dəbilqə" turnirindən sonra Beynəlxalq Cüdo Federasiyası (İJF) cüdoçuların yeni reytinq cədvəlini elan edib. Azərbaycan cüdoçuları arasında ən nəzərəcarpan iirəliləyiş Həmin turniri ikinci yerdə başa burmaqla gümüş medal və eləcə də 750 reytinq xalı toplayan Elmar Məmmədovun (100 kq) mövqeyində olub. Belə ki, fəxri kürsüdə 2-ci pilləyə qalxan Qasımov reytinq cədvəlində isə 4 pillə irəliləmklə 11-ci yerə qalxıb. Onunla eyni çəkidə çıxış edən Zəlim Kotsayevsə 1 pillə geriləməklə 17-ci yerə düşüb. Dəgər cüdoçularımıza gəlincə, 73 kq-da çıxış edən və bəlli turnirə qatılmayan Rüstəm Orucov reytinq cədvəlində öz çəkisinin lideri olaraq da qalıb. Həmin çəkidə tatmiyə çıxan Hidayət Heydərov da tunirə qatılmasa da əvvəlki mövqeyini dəyişməyib (6-cı yer).

60 kq-da ən yaxşımız olan Kəramət Hüseynov 2 pillə qalxmaqla 43-cü olub.

Osakedə 7-ci yeri tutan Nicat Şıxəlizadə 3 pillə irəliləməklə 24-cü, həmin çəkidə Orxan Səfərovsa yenə də 34-cü olub. 81 kq çəkidə tatamiyə çıxan Murad Fətiyev yerində saymaqla 41-ci pillədəki mövqeyini qoruyub. Gündoğar Ölkədə 5-ci yerlə kifayətlənən Məmmədəli Mehtiyev də (90 kq) yerində sayıb (6-cı yer).

Ən ağır çəkilimiz olan Uşanqi Kokuari (+100 kq) 1 pillə qalxmaqla 16-cı yerdə məskunlaşıb.

Zəriflərimizə gəlincə, ən yaxşı göstərici yenə də İrina Kindzerskaya (+78 kq) məxsusdur. O, əvvəlki kimi 6-cı pillədə qərarlaşıb. 48 kq-da tatmiyə çıxan Ayişə Qurbanlı ilə Leyla Əliyeva yenə də müvafiq olaraq, 30 və 35-ci yerdədir. Onlardan fərqli olaraq, Gültac Məmmədəliyeva (52 kq) 1 pillə geriləmıklə 42-ci yerə düşüb.

 

***

SAHMAT

Məmmədyarovla Rəcəbov reytinq mövqelərini itiriblər

Beynəlxalq Şahmat Fedrasiyası (FİDE) şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb. Təəssüflər olsun ki, ötan ay cədvəlin ilk onluğunda yer alan şahmatçılarımız - Şəhriyar Məmməayarovla Teymur Rəcəbov yeni cədvəldə mövqelərini qoruya bilməyib. Məmmədyarov 2772 xalla 5-ci pillədən 7-ci yerə düşdüyü cədvəldə Rəcəbov isə 2765 xalla bir pillə geriləməklə Top-10-u tamamlayıb. n qda (Top-10) yer alan . Digər zəka sahiblərimizə gəlincə, Qədir Hüseynov (2666 xal) Top-100-də 77-ci, Nicat Abbasov (2663) 82-ci, Rauf Məmmədovsa (2659) 89-cu pillədə yer alıb. Norveçdən olan hazərki dünya çempionu Maqnus Karlsenin (2872) vahid və dəyişməz lideri olduğu reytinq cədvəlində ikinci yeri ABŞ təmsilçisi Fabiano Karuana (2822) tutur. Cədvəldə ilk üçlüyü isə çinli Lin Lijen (2901) qapayır. Qadın şahmatçılarımızdan isə cəmi 3 həfəri Top-100-də yer alıb ki, onlardan da ən yaxşı nəticə göstərəni 2455 xalla 27-ci pilləyə qalxan Günay Məmmədzadədir. 2387 xalı olan Ülviyyə Fətəliyeva 76-cə, Gülnar Məmmədova (2386) isə 78-cidir.

Qadınların reytinq cədvəlinə çinli dünya çempionu Xou Yufan (2664) liderlik edir. İkinci yerdə onun həmyerlisi Yu Benjun (2580), üçüncü pillədəsə hindistanlı Xampi Koner (2574) oturub.

 

***

KARATE

Rafael Ağayev Madriddə büdrəyib

İki gün öncə İspaniyanın paytaxtı Madriddə karatenin VKF versiyası üzrə Karate-1 Premyer Liqasının nəvbəti mərhələ yarışına start verilib. Təəssüflər olsun ki, turnirin ilk günü heyətində 17 karateçinin cəmləşdiyi Azərbaycan yığması üçün uğursuz olub. Beləki, ilk gündə dayanq üzərinə çıxan 6 təmsilçimizdən heç biri, o cümlədən də beşqat dünya və 11 qat Avropa çempionu olan Rafael Ağayev (75 kq) mükafatçılar arasında yer tuta bilməyib. Bu çeşlikdən yalnız Nuranə Əliyeva (50 kq) bürünc medal uğrunda döyüşə qatəla bilib. Yığmaməzən lideri Ağayev isə elə startdaca serbiyalı Lyubiş Mariçə uduzaraq mübarizəni erkən dayandırıb - 0:2. Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi 67 kq) və İlahə Qasımova (55 kq) mübarizəni ilk görüşdən sonra dayandərəb.

Turnir davam edir.
 

***

GÜLƏŞ

Hacı Əliyev ruslardan qisasını alıb

Rusiya Federasiyasının paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə Alorsa Kubiku adlanan ənənəvi Moskva Qran-Prisi keçirilib. Turnirin sərbəst güləş üzrə yarışında ölkəmizi 5 idmançı təmsil edib. Maraqlıdır ki, təmsilçilərimizin hamısı uğurla çıxış edərək, medal qazanıblar. Medallardan biri qızıl, ikisi gümüş, ikisi isə bürünc əyarlı olub. Yeganə qızılı 65 kq-da çıxış edın üçqat dünya çempionu Hacı Əliyev qazanıb. Hacı bu qələbəsiylə bu ilin sentyabrında Nur-Sultanda (Qazaxıstan) keçirilən dünya çempionatında rusiyalı güləşçi ilə qarşılaşmada üzləşdiyi haqsızlığın əvəzini çıxıb. O, Moskvada rusiyalı Naçın Kulları üstələyib. Gümüş medalları finalda uduzan ikiqat Avropa çempionumuz Qeorgiy Edişeraşvili (57 kq) və Şərif Şərifov (97 kq), "bürüncləri" isə Hacımurad Hacıyevlə (74 kq) Cəbrayıl Həsənov (86 kq) qazanıb.

Fərdi görüşlərdən sonra həmin turnirdə dünya yığması ilə Rusiya komandası qarşılaşıb. Həmin görüşdə həmyerlilərimizdən Hacı Hacıyev, Edişeraşvili və Şərifov da iştirak edib. Görüş rusların 11:1 hüsablı qələbəsiylə bitib.

 

İntiqam

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !