Azərbaycanda Rəqəmsal Transformasiya və İnnovasiyalar mövzusunda konfrans keçirildi - (+FOTO=4)

“Azərbaycanda Rəqəmsal Transformasiya və İnnovasiyalar” mövzusunda konfrans keçirildi (+FOTO=4)

 AZpress.AZ xəbər verir ki, noyabr ayının 28-si Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə Rəqəmsal Transformasiya və İnnovasiyalar mövzusunda konfrans keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin əməkdaşları, müxtəlif biznes sahələrindən 150-dən çox təmsilçi və diplomatik korpusun nümayəndələri iştirak edirdilər.

AmCham-ın İcraçı Direktoru Natəvan Məmmədova və Rəqəmsal Texnologiya və İnnovasiyalar Komitəsinin sədri Kamilə Şahbazova konfrans iştirakçılarını salamlayaraq, tədbirin keçirilməsinin məqsədi və islahatların ölkə iqtisadiyyatı üçün əhəmiyyətindən danışdılar.

Daha sonra Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizov ölkədə müvafiq sahədə aparılan islahatlar barədə ətraflı məlumat verdi, dövlət və biznes arasında daha sıx dialoq yaradılmasının, islahatların bütün mərhələlərində biznesin dövlətin yanında olmasının əhəmiyyətindən bəhs etdi. Rəşad Əzizovhəmçinin qeyd etdi ki, aparılan rəqəmsal keçid islahatları Azərbaycan dövlətinin daimi diqqətində olan mövzulardandır.

Rəqəmsal Transformasiya mövzusuna həsr olunanpanel müzakirəsi zamanı AmCham-ın Direktorlar Şurasının üzvü Rüfət Hacıəlibəyov,Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoruFariz Cəfərov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrininmüaviniMehman Abbas, SINAM şirkətinin prezidenti Elçin Əliyevçıxış edərək, inkişafın əsas istiqamətləri, effektivliyinin artırılması, AmCham-ın gözləntiləri və yeniliklər barədə təkliflərini səsləndirdilər.
Konfransın İnnovasiya və Startaplara həsr olunmuş ikinci panelində İNNOLAND-in əməkdaşı Məmməd Kərim, ASAN Xidmət əməkdaşı Şəbnəm Məmmədova və WeTravel nümayəndəsi Qərib Mehdi çıxış etdilər. Tədbirin Fintek mövzusuna həsr olunmuş sonuncu panelində Mərkəzi Bankın nümayəndəsi Fərid Osmanov, PAŞA Bankın nümayəndəsi Vüsal Xəlilov, Beynəlxalq Bankın nümayəndəsi Taleh Tahirli, Rabitə Bankın nümayəndəsi Elçin Qədimli və Kapital Bankın nümayəndəsi Fərid Səmədov çıxış etdilər.

Konfrans aktiv sual-cavab sessiyası ilə başa çatdı və sessiya zamanı bir sıra əhəmiyyətli məsələlər barədə müzakirələr aparıldı.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !