ANIMAFILM Festivalının əks səda tədbiri - (+FOTO=7)

ANIMAFILM Festivalının əks səda tədbiri (+FOTO=7)

 AZpress.AZ xəbər verir ki, 21 noyabr 2019-cu il tarixində ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalının təşkilatçıları Azərbaycan Fransız İnstutunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda fəaliyyət göstərən Bakı Fransız Liseyinin şagirdləri ilə ANIMAFILM Festivalının əks səda tədbirini keçirib. Tədbirdə Azərbaycanın tanınmış animasiya rejissoru Elçin Hami Axundov iştirak edirdi. O cizgi filmlərinin çəkiliş prosesini əyani şəkildə izah etdi.

Uşaqlar II ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalının müsabiqə proqramında iştirak etmiş Fransız və Azərbaycan rejissorların qısametrajlı animasiya filmlərini izlədilər. Görüşdə həmçinin Azərbaycan animasiya filmləri olan “Tıq-Tıq xanım” və “Tırtılın arzusu” nümayiş olundu. Uşaqlar, “İron Me”, “Le Mans 1955”, “How a song saved a species” filminin rejissorlarına film haqqında öz təəssüratlarını məktub şəklində yazdılar.

Xatırladaq ki, 2-ci ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı 18-20 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilib. Festival üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edib. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları bir araya toplamaq, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !