ƏSRLƏRİN MUSİQİ SƏDASINI SƏSLƏNDİRƏN DETAŞE - +FOTO=4 (İ. Nəriman - AZpress.AZ)

ƏSRLƏRİN MUSİQİ SƏDASINI SƏSLƏNDİRƏN “DETAŞE” +FOTO=4 (İ. Nəriman - AZpress.AZ)

 AZpress.AZ xəbər verir ki,müstəqil Azərbaycanın musiqi sənəti gənc, istedadlı kadrların ildən-ilə püxtələşən peşakarlığı nəticəsində durmadan inkişaf edir. Xüsusilə təcrübəli ustadların nəzarəti altında sistematik formada baş tutan tədrisin uğurlu nəticələri göz qabağındadır. Noyabrın 27-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında “Detaşe” violinoçular ansamblının növbəti konserti qeyd olunanlara bariz misaldır. On iki illik uğur yoluna çıxan kollektivin bədii rəhbəri, özünün hər tərəfli istedadı ilə dinləyicilərin qəlbinə yol tapmış Xalq artisti, professor, gözəl sənətkar Zəhra xanım Quliyevadır. Kollektivin yaradıcı siması da, bu baxımdan bir qədər fərqlidir. Əvvala adından da, göründüyü iştirakçıların hamısı violin ifaçılar olmaqla yanaşı kollektivin konsertmeysteri, istedadlı pianoçu Səbinə Muradava ilə birlikdə zərif cinsin nümayəndələridir.

Eyni mənşəli alətlərdə çoxsəsli əsərlər ifa edən musiqiçilərin yaradıcı üslubu ilə, klassik tərkibli heyyətlərdən tam fərqlidir. Belə ki, əsərin alətləşdirməsində bəstəkar və ya aranjemançı klassik orkestr tərkibinə daxil alətlərin tembr və texniki imkanlarını nəzərə alaraq çoxsəsli bölgü arardığı halda, konkret violinoçular kimi ansambl heyyətində bir alətin inkanlarından yararlanmalıdır. Burada qarşıya qoyulan yaradıcı problemin həllində ifaçıların həssas tərəf müqabil duyumu vacib şərtdir. Belə orijinal kollektivlərin fəaliyyətində, bu amil həmişə diqqət mərkəzində olur. Məsələn, yarım əsrdən çox fəaliyyət göstərən Bolsoy Teatrın violinoçular ansamblı deyilənlərə bariz nümünədir.

İkinci məqam əvvəldə qeyr etdiyim kimi kollektivin iştiraçılarının zərif cinsin nümayəndələri olmasıdır. Bəllidir ki, hələ XVII əsr İtaliyada xanimlardan ibarət peşəkar musiqi kollektivləri fəaliyyət göstərirdi. Belə bir ilkin təşəbbüskarı isə görkəmli italyan violino ifaçısı və bəstəkarı Antonio Vivaldi olmuşdur. Təsadüfü deyil ki, 1989 –cu ildən fəaliyyət göstərən və xanımlardan ibarət “Vivaldi - orkestr” adına Rusiya Dövlət Akademik kamera orkestri yaramasının əsas səbəbi italyan sənətkarı tərəfindən təməli qoyulan ənənənin müasir dövrdə yaşatmaq ideyasından doğurdu. “Detaşe” vilolinoçular ansamblını yaradarkən Zəhra xanım əvvəldə qeyd etdiyim iki ənənənin milli ifaçılıq praktikasında yaşatmaq niyyətindən irəli gəlir.

Kollektiv çox zəngin, müxtəlif üslublu repertura malikdir. Akademiyada baş tutan konsertdə ansambl maraqlı musiqi cələngi ilə dinləyiçilərin görüşünə gəlmişdi. Kollektivin bədii rəhbəri Zəhra xanım həmçinin aparıcı-natiqlik missiyasını böyük uğurla yerinə yetirdi. Onun uzun illər istər tele və radio məkanlarında, istərsə də, çoxsaylı yerli və beynəlxalq tədbirlərdə səlist, maraqlı informasiyalarla zəngin çıxışları hamıya məlumdur.

Konsetr alman bəstəkarı İ.S.Baxın 3 saylı D-dur orksestr süitasından “Ariya” ilə açıldı. Musiqi axşamının prelüdüyası olan bəstə, dinləyiçiləri konsertin axarına köklədi. Növbəti əsər müasir alman bəstəkarı İoahim Yohovun “Antonionun yuxusu” adlanaraq, italyan sənətkarı Antonio Vivaldiyə həsr edilib. İfadan qabaq əsər haqqında məlumat verən Zəhra xanım qeyd etdi ki, İ. Yohov müxtəlif tərkibli kollektivlər üçün kiçik həcmli əsərlər yazaraq internet məkanında yayır. Digər tərəfdən müəllif əsərlərində, əsasən klassik bəstəkarların üslub elementlərini bu və ya digər formada öz dəstxətti mizanından əks etdirərək dinləyicilərə təqdim edir. Doğurdan da, “Antonionun yuxusu” əsərinin ilk notundan Vivaldinin hər kəsə tanış musiqi ruhuna alman bəstəkarının ciddi yanaşması özünü göstərdi. Digər tərəfədən bu əsər ümumən proqram boyu royalın iştirakı olmadan səsləndirilən yeganə əsər idi. İfaçılar solist səviyyəsində yazılan partiyaların öhdəsindən uğurla gəldilər.

Fransız bəstəkarı Qabriel Forenin “Oyanıs” romansı axşama romantik abu-hava gətirdi. Zəngin ekspressiyalı romans ansamblın ifasında dolğun səslənərək, əsərin emasional məzmunu yeni çalarlarla açıqladı.

Proqramın növbəti iki əsəri milli bəstəkarımız Səid Rüstəmovun “Qurban adına” və “İntizar” mahnılarının işləmələri idi. Zəhra xanım çıxısında kollektivin fəaliyyətinin ilk zamanlarında BMA-nin rektoru, SSRİ Xalq Artisti Fərhad Bədəlbəylinin xeyir duası və dəstəyi ilə yarandığını dinləyicilərin diqqətinə çartdırdı. Həmiçinin S.Rüstəmovun iki mahnısının bilavasitə kollektivin repertuarına salınması ideyasının Fərhad müəllimə məxsus olduğunu bildirdi. Əməkdar İncəsənət xadimi, bəstəkar Yaşar İmanovun aranjemanında səslənən hər iki mahnıda ansambl, vokal ifaçılığa məxsus melodik xəttin instrumental transkripsiyasını parlaq nümayiş eləyə bildi.

Növbəti əsər M.Lermantovun “Çovgun” pyesinə rus bəstəkarı Q.Sviridovun musiqi illustrasiayası silsiləsindən “Romans” nömrəsi idi. Rus milli musiqi üslubunda yazılan romans simfonik orkestrin imkanlarına hesablansa da, materialın daxili zəngiliyi digər alət tərkibli heyyətlərin ifasında uğurlu səslənməsini labüd edir.

Konsertin gedişatı boyu təşkilatçının repertuarın seçimində bir çox cəhətləri nəzərə alaraq tərtibatı diqqət çəkirdi. Bu amil musiqi axşamının son üç əsərinin səslənməsində özünü göstərdi. İlk olaraq moldav bəstəkarı Yevqeni Doqanın “Mənim mehriban, zərif məxluqum” kinofilminə yazdığı məshur “Valsı” səsləndi. Zəhra xanım həmin əsərin YUNESCO tərəfindən rəsmi olaraq XX əsrin ən yaxşı beş melodiyadan biri kimi siyahıya salındığını diqqətə çatdırdı.

Növbəti əsər isə macar bəstəkarı İ.Bramsın “6 saylı Macar rəqs”i idi. Bu rəqs rus vilolino ifaçısı Vladimir Spivakovun rəhbərlik etdiyi “Moskva virtuozları” orkestrinin reperturarında yer tutaraq olduqca virtuoz xarakterli əsərdi. Zəhra xanım məhz həmin rəqsin ansamblının repertuarına salınmasında yetirmələrinin çətinlikləri üstələyərək, gələcəkdə böyük peşəkar olmaq arzusunda olduğunu qeyd elədi. Yekun olaraq ifa olunan Karlos Qardelin “Tanqo”su musiqi axşamına yeni çalar qataraq onu bitirdi. Həmin axşam dinləyicilər zərif, amma olduqa istedadlı gənc xanımlardan ibarət “Detaşe” violinoçular ansamblı vasitəsilə müxtəlif coğrafi paralellərdə yaşayan fərqli üslublu bəstəkarların musiqi dünyasına səyahət etdilər.

Yeni qələbələrin sədasını eşitmək arzusu ilə sənə uğurlar “Detaşe”!!!

 

 

Yavər Neymətli

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !