Əfv sərəncamı nə vaxt imzalanacaq? -

Əfv sərəncamı nə vaxt imzalanacaq?

 “Bu ilin sonuna qədər əfv sərəncamının imzalanması gözlənilmir”.

AZpress.AZ xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvlərindən biri məlumat verib.

Bildirilib ki, növbəti əfv sərəncaının 2020-ci il Novruz bayramı ərəfəsində imzalanması ehtimal edilir.

“Prezident yanında Əfv Məsələləri Komissiyasının yaxınlarda iclası olmayıb, bu yaxınlarda da keçirilməsi ilə bağlı məlumat yoxdur. Amma Əfv komissiyasının katibliyi işləyir, daxil olan məlumatlar, ərizələr qəbul edilir və onlarla bağlı müvafiq rəylərin alınması işlərini həyata keçirilir, arayışlar hazırlanır”.

Xatırladaq ki, Prezident İlham Əliyev 16 mart 2019-cu ildə “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalamışdı. Sərəncam 431 məhkuma şamil olunub.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !