Arif Rəhimzadənin Milli Məclisə buraxılması ilə bağlı qərar lahiyəsinə etirazı -

Arif Rəhimzadənin Milli Məclisə buraxılması ilə bağlı qərar lahiyəsinə etirazı

Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Milli Məclisin buraxılması ilə bağlı qərar layihəsinə etiraz edib.

Modern.az xəbər verir ki, spikerdən təkidlə söz alan A.Rəhimzadə bildirib ki, qərarda yer alan “Milli Məclisin bu tərkibdə işləməsi mümkünsüzdür” sözləri doğru deyil:

“Bu, Milli Məclisin işləmədiyi anlamına gəlir. Burada çıxış edənlər hamısı elə danışdılar ki, parlament sanki işləməyib. Xeyr, parlament bu müddət ərzində çox səmərəli fəaliyyət göstərib, dövlət başçısının siyasətinə dəstək verib. Bir tərəfdən sosial şəbəkələri, mətbuatı qınayırıq, bir tərəfdən də özümüz eyni addımı atırıq. Həm də “buraxmaq” sözü olmamalıdır, mətndə “yeni seçkilər” kimi getməlidir”.

O.Əsədov isə A.Rəhimzadəyə “Arif müəllim, siz iclasa diqqətlə qulaq asmamısız. Ona görə də yanlış anlamısınız”, - deyə cavab verib.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !