İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 KARATE

Karateçimiz İrina Zaretska Madriddə qızıl medal qazanıb

İspaniyanın payutaxtı Madriddə keçirilən Karate-1 Premyer Liqa turniri başa çatıb. Mövsümün son mərhələ yarışı olan və eləcə də reytinq xalı verən bu turnirdə Azərbaycan da daxil olmaqla planetin 89 ölkəsindən olan 737 dayanq ustası mübarizə aparıb. Dünya Karate Federasiyasının (WKF) ən mötəbər liqasına AMKF-nın (Azərbaycan Milli Karate Federasiyası) prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında 13 karateçi ilə qatılan yığmaməz biri qızıl, digəri bürünc əyarlı olmaqla iki medal qazanıb. Qızıl medal 68 kq çəki dərəcəsində çıxış edən İrina Zaretskanın payına düşüb. "Bürüncü" isə Pənah Abdullayev (84 kq) qazanıb. AMKF-dan aldığımız məlumata görə, 55 kq-da döyüşən Nuranə Əliyeva isə bürünc medal uğrunda döyüşdə uduzmaqla çıxışını medalın bir addımlığında başa vurub. Madrid turnirində
Cahangir Babayevlə Vüqar Kərimov isə ölkəmizi hakim qismində təmsil edib.

Bir məqamı da qeyd edək ki, Karate-1 Premyer Liqasının Madrid mərhəlsi də daxil olmaqla məvsümün mərhələ yarışlarının ümumi yekununa əsasən fərqlənən idmançılar "Grand Winners" mükafatlarına layiq görülüblər. 2019-cu il mövsümünün nəticələrinə əsasən "Grand Winners" mükafatına namizədlər arasında məşhur Azərbaycan karateçiləri Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) da var. Mükafatın təqdimatı isə 24-26 yanvar 2020-cil ildə Parisdə, növbəti mövsümün ilk Premyer Liqa turnirində olacaq.

 

***

CÜDO

Azərbaycan «World Masters»ə 11 cüdoçuyla qatılacaq

Azərbaycan cüdoçularını qarşıda daha bir möhtəşəm turnir gözləyir. Söhbət 12-14 dekabr günlərində Çinin Tsindao şəhərində keçirilməsi nəzərdə tutulan reytinq xarakterli «World Masters»dən gedir. Ən yüksək reytinq xalı verən bu turnirdə şlkəmiz 3-ü qadın olmaqla 11 cüdoçu ilə təmsil olunacaq. Kişilərin yarışında cüdoçularımızdan Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), hazırda dünya reytinqinə liderlik edən Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar QasımovŞ Zlim Kotsaye (hər ikisi 100 kq) və Uşanqi Kokuari (+100 kq), zəriflər arasında isə Leyla Əliyeva, Ayşən Qurbanlı (hər ikisi 48 kq) və İrina Kindzerskaya (+78 kq) güləşəcək.

Xatırladaq ki, bu turnir səviyyəsinə görə, Olimpiada və dünya çempionatından sonra üçüncüdür. Burada qalib adını qazanan cüdoçu aktivinə 1800 reytinq xalı yazdırır.

Məz bu səbəbdən də turnirdə ən güclülər mübarizə aparırlar. Xatırladaq ki, əvvəllər bu turnirdə iştirakçıların sayı çox məhdud idi. Belə ki, turnirə yalnız hər çəki dərəcəsi üzrə reytinq cədvəlində Top-16-da yer alan cüdoçular iştirak edirdilər. Bu ildən etibarən Beynəlxalq Cüdo Federasiyası (İJF) bu limiti qaradan götürüb. Bu səbəbdən də, iştirakçıların sayı bir qədər artıb. İndi yarışda 71 ölkəni təmsil edən 481 cüdoçu medallar uğrunda mübarizə aparacq. Ən çox cüdoçu 90 kq-da qeydə alınıb - 90 nəfər. Turnirə ən çox heyətləisə ev sahibi olan Çin qatılacaq - 39 cüdoçuyla.


İntiqam

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !