İLK DƏFƏ SƏS VERƏN GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB - + FOTO=6 (Azpress.AZ – Ağaddin Babayev, Cəlilabad)

İLK DƏFƏ SƏS VERƏN GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB + FOTO=6 (Azpress.AZ – Ağaddin Babayev, Cəlilabad)

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verəcək seçicilər arasında maarifləndirmə işinin təşkili məqsədilə gənclərlə görüş keçirilib.

Azpress.AZ xəbər verir ki, görüşdə Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, ADPU-nun Cəlilabad filialının tələbə və müəllimləri, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri, Ağsaqqallar Şurasının sədri, DSK-nın nümayəndəsi və ilk dəfə səs verən gənclər iştirak ediblər.

Maarifləndirmə tədbirində çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov və digər natiqlər qarşıdakı bələdiyyə seçkilərinin başlıca prinsipləri, seçkilər haqqında qanunvericilik, Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, seçki prinsipləri və vətəndaşların hüquqları, səsvermə qaydaları, seçki komissiyaları, seçici siyahıları və səsvermə sənədləri, seçki məntəqəsində səslərin hesablanması haqqında gəncləri məlumatlandıraraq, onları seçkilərdə fəal olmağı və öz hüquqlarından istifadə edərək layiqli namizədlərə səs verməyi tövsiyə ediblər.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, həmçinin iştirakçılara bələdiyyə seçkiləri ilə bağlı hazırlanmış bukletlər paylanılıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !