Çində Sim kart alarkən üzün məcburi skan edilməsi həyata keçirilir -

Çində Sim kart alarkən üzün məcburi skan edilməsi həyata keçirilir

Artıq yeni SİM kart alıcılarının üzü Çinin mobil operatorları tərəfindən skan edilir.

Belə bir addımın "yeni telefon abunəçilərinin öz adı ilə qeydiyyatdan keçməsinə, vətəndaşların kiberməkanda qanuni hüquq və maraqlarının etibarlı müdafiəsinin təmin edilməsinə, internet və telekommunikasiya saxtakarlığına qarşı effektiv mübarizə aparılmasına, telekommunikasiya şəbəkələri ilə bağlı yeni çağırışlara cavab verilməsinə" kömək edəcəyi təxmin edilir.

Bundan əvvəl Çində SİM kart alarkən vətəndaşlar məcburi surətdə şəxsiyyət vəsiqəsi və ya pasport təqdim etməli idilər. Dekabrın 1-dən etibarən isə üzün məcburi skan edilməsi də bu tələblərə əlavə edilib. Bu, süni intellekt və başqa ən yeni texnologiyaların köməyi ilə SİM kart almaq istəyən insanın üzünü və sənəddəki şəkli müqayisə etmək üçün tətbiq edilir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !