Vizasız gediş-gəlişlə baglı sənəd təsdiqləndi -

Vizasız gediş-gəlişlə baglı sənəd təsdiqləndi

 Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokol müzakirəyə çıxarılıb.

AZpress.AZ oxu.az-a istinadla xəbər verir ki, məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Sənəddə Qazaxıstan və Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazisində olma müddətinin 30 gündən 90 günə qədər uzadılması, eləcə də, 30 gün müddətinə qeydiyyata alınmadan azad olunması nəzərdə tutulur.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !