Xüsusi qayğıya ehtiyacı olan vətəndaşların rifahının yaxşılaşdırılması daim dövlətimizin diqqət mərkəzindədir - +FOTO=37 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

Xüsusi qayğıya ehtiyacı olan vətəndaşların rifahının yaxşılaşdırılması daim dövlətimizin diqqət mərkəzindədir +FOTO=37 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

 Ağcabədidə Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ Regional ofisi tərəfindən 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə tədbir keçirilib. Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və 8 saylı körpələr evi-uşaq bağçasının təşkilati dəstəyi ilə keçirilən tədbirdə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin, rayon İcra Hakimiyyətinin, Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialının, Pedaqoji Kollecin, 5 nömrəli tam orta məktəbin əməkdaşları iştirak ediblər.

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin rəhbəri Radə Telmanqızı çıxış edərək, ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlilliyi olan şəxslərin də daim dövlətin qayğısı ilə əhatə olunmasından, onların bütün problemlərinin həllinin həmişə diqqət mərkəzində saxlanılmasından danışıb. Bildirib ki, əlilliyi olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən zəruri tədbirlər həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlilliyi olan şəxslərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.

Çıxış edənlər ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini və bu şəxslərin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildiriblər.
Tədbir Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin, 8 saylı körpələr evi-uşaq bağçasının fidanlarının, Ağcabədi şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə əyləncəli proqramla davam edib.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !