Qırğızstan və Azərbaycan prezidentlərinin ikitərəfli görüşünün nəticələrinin həyata keçirilməsi məsələləri müzakirə edildi -

Qırğızstan və Azərbaycan prezidentlərinin ikitərəfli görüşünün nəticələrinin həyata keçirilməsi məsələləri müzakirə edildi

 Qırğızstan və Azərbaycan prezidentlərinin ikitərəfli görüşünün nəticələrinin həyata keçirilməsi məsələləri müzakirə edildi

Qırğızstan KİV-ləri məlumat verir ki, 3 dekabr 2019-cu ildə Azərbaycanın Qırğızıstanda səfiri Hidayət Orucov bu ölkənin xarici işlər naziri Çingiz Aydarbekovla görüşüb.
Bu il oktyabr ayının 14-də Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin Qırğızıstan Respublikasının Prezidenti Zati-Aliləri cənab Sooronbay Jeenbekovla Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci iclası çərçivəsində, keçirdiyi ikitərəfli görüşünün nəticələrinin icrası məsələləri müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, ölkələrimiz arasında bütün sahələrdə iş birliyinin gücləndirilməsi dövlət başçılarımızın perspektivli siyasətinin prioritet istiqamətlərindədir. Dövlət başçılarımızın görüşündəı razılaşdırımış məsələlərin icrası ilə bağlı geniş müzakirə aparılmışdır
Görüşün əvvəlində nazir Ç.Aidarbekov Qırğız Respublikasında diplomatik korpusun duayeni cənab Hidayət Orucovun Qırğızıstan-Azərbaycan əlaqələrinin inkişafında və möhkəmlənməsində əhəmiyyətli rolunu qeyd edərək, ona “Qırğız Respublikası Xarici İşlər Nazirliyinin 75 illiyi (1944-2019)” yubiley medalını təqdim etdi.
Qeyd edək ki, bu mükafata Qırğız Respublikasının diplomatik korpusundan yalnız səfir Hidayət Orucov laiq görülüb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !