Tarix İnstitutunun əməkdaşı İlin peşəkar gənci fəxri adına layiq görülüb - -FOTO=2

Tarix İnstitutunun əməkdaşı “İlin peşəkar gənci” fəxri adına layiq görülüb -FOTO=2

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, institutda YAP-ın ilk partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafar-zadə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən elan olunmuş “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olub.

Tarix İnstitutundan verilən məlumata görə, Lamiyə Qafar-zadə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə “İlin peşəkar gənci” fəxri adı ilə təltif olunub.

Xatırladaq ki, o, 2017-ci ildəki uğurlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatına, 2019-cu ildə isə “Gənc qadınlar elmdə” müsabiqəsində II yerə layiq görülüb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !