Bank BTB whatsapp-la xidmətinizdə! -

Bank BTB whatsapp-la xidmətinizdə!

 

Rahat həllər təklif etməklə prosesləri sadələşdirən Bank BTB müştərilərinə yeni kommunikasiya kanalını təqdim edir. Bu gündən istifadəyə verilən 055 3000 946 whatsapp nömrəsi vasitəsilə indi həm cari müştərilər, həm də, bankın məhsul və xidmətləri ilə maraqlanan yeni müştərilər müraciət edə bilər.

Bu kanal vasitəsilə müştərilər banka gəlmədən qısa zaman ərzində suallarına cavab alacaq, mövcud kampaniya və məhsullar barədə məlumat əldə edəcəklər. Həmçinin, müştəri, məlumatlarını düzgün şəkildə təqdim edərsə, SMS məlumatın aktiv/deaktiv edilməsi, bank kartının bloklaşdırılması/blokdan çıxarılması, kart/kredit sifarişi və digər əməliyyatların yerinə yetirilməsi də mümkün olacaq.

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, 055 3000 946 whatsapp nömrəsindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb www.instagram.com/bankbtb/ ünvanlarında olan Facebook və Instagram səhifələrindən ətraflı məlumat almaq mümkündür.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !