Azərbaycan-Qırğızıstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib -

Azərbaycan-Qırğızıstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

 4 dekabr 2019-cu ildə səfir Hidayət Orucov ilə Qırğız Respublikasının (QR) Prezidenti Aparatının Xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkov arasında görüş keçirilmişdir.
Görüşün əvvəlində Səfir D.Sıdıkova “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalını təqdim ədərək məlumat verdi ki, bu dövlət mükafatı Azərbaycan Respublikası (AR) Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilmişdir.
D. Sıdıkov “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalı ilə təltif edildiyinə görə dərin təşəkkürünü bildirərək, yüksək mükafatın təqdim edilməsini böyük şərəf hesab etdiyini və ilk xarici dövlət mükafatını qardaş Azərbaycandan alması onun üçün qurur verici olduğunu vurğulayıb. D.Sıdıkov öz növbəsində səfir H.Orucovu “QR Xarici İşlər Nazirliyinin yaranmasının 75 illiyi yubiley medalı” ilə təltif edilməsi ilə bağlı təbrik edib. Qeyd edib ki, Qırğızstanda akkreditə olunmuş diplomatik korpusdan yalnız səfir H.Orucov bu yüksək mükafatla təltif olunub.
Səfir “QR Xarici İşlər Nazirliyinin yaranmasının 75 illiyi yubiley medalı” ilə təltif edilməsi münasibəti ilə təbrikə görə təşəkkürünü bildirdi. AR Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin 14-15 oktyabr 2019-cu ildə Bakı şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində QR Prezidenti Sooronbay Jeenbekov ilə səmimi görüşünü xatırlayaraq ölkələrimiz arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu vurğuladı.
D. Sıdıkov ölkələrimiz arasında yaranmış qardaşlıq münasibətlər başqaları üçün nümunəvi olması istəyini qeyd edərək, Azərbaycan və Qırğızıstan Prezidentləri arasındakı xoş münasibətlər ölkələrimizin ikitərəfli əlaqələrinin inkişafında mühüm rol oynadığını və öz tərəfindən ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi üçün bundan sonra da səy göstərəcəyini vəd edib.
Son illər ərzində Azərbaycan-Qırğızıstan əlaqələrinin müxtəlif istiqamətlər üzrə genişlənməsini məmnunluqla vurğulayan səfir ölkələrimiz arasında iqtisadi-ticari sahədə əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu bildirib.
D.Sıdıkov qeyd etdi ki, QR Prezidenti Sooronbay Jeenbekov və AR Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət sayəsində qardaş ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Ənənəvi dostluğa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan qardaş Azərbaycan-Qırğızıstan münasibətləri bundan sonra da ölkələrimiz xalqlarının rifahı naminə davamlı şəkildə möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini bildirib.
Görüşdə Qırğızıstan-Azərbaycan əməkdaşlığının indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı, digər aktual məsələlər müzakirə olundu.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !