İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 KARATE

Karate Yeniyetmələrin Olimpidasında yenə də olacaq

 

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Icariyyə Komitəsinin növbəti toplantısı olub. Toplantının gündəliyində duran məsələlərdən biri də, karate idman növünün 2022-ci ildə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarının proqramına yenidən salınmasıdır. Bununla bağlı toplantıda yekdilliklə qərar qəbul edilib. Beləlilə, 2022-ci il oktyabrın 21-dən noyabrın 15-dək Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarındada katrateçilər olacaqlar. Reqlamentə əsasən həm oğlanlar, həm də qızlar kumite üzrə 3 çəki dərəcəsində mübarizə aparacaq. Hər çəki dərəcəsində isə iştirakçıların sayı 8-dən 12-dək artırıla

Xatırladaq ki, karate ilk dəfə 2018-ci ildə Buenos-Ayresdə Yeniyetmələrin Olimpiya Oyunlarının proqramına salınıb. Keçən yarışda hər çəki dərəcəsində 8 idmançı iştirak etmişdi.

 

 

***

 

KARATE

İrina Zaretsk liderliyini saxlayıb, Rafael Ağayevsə ....

Karate-1 Premyer Liqanın ötən həftəsonu İspaniyanın paytaxtı Madriddə keçirilən son mərhələ yarışından sonra Dünya Karate Federasiyası (WKF) karateçilərin yeni reytinq cədvəlini açıqlayıb. Əvvəlki cədvəllə müqayisədə yYeni cədvəldə cəmi iki karateçimiz öz çəkisində ən yaxşı 10 karateçi (Top-10) arasında yer alıb. Onlardan da biri - Madriddə qızıl medal qazanan İrina Zaretska (+61 kq) 6772,5 xalla liderliyini qoruduğu halda, İspaniya paytaxtında fiaskoya uğrayan beşqat dünya çempionumuz Rafael Ağayevsə (75 kq) 5595 xalla 4-cü pilləyə düşüb. Daha bir idmançımız - Firdovsi Fərzəliyev (67 kq) isə 2482,5 öalla Top-30-da 21-ci yeri tutub.

 

***


TAEKVONDO

Yığmamızın liderləri Qran-Prinin finalında

6-7 dekabr günlərində Rusiya Federasiyasının paytaxtı Moskvada kişi və qadın taekvondoçular arasında Dünya Qran-Prisinin final mərhələsi keçiriləcək. Reytinq xarakterli bu turnirdə Azərbaycan idmançıları da iştirak edəcəklər. Azərbaycan Taekvondo Fedrasiyasından verilən məlumata görə, ölkəmiz bəlli turnirdə 3 dayanq ustası ilə təmsil olunacaq. Həmin üçlükdə isə yəğmaməzən liderlərindən sayılan Cavad Ağayev (68 kq), ikiqat dünya çempionu Milad Beyqi Xarçeqani (80 kq) və Rio Olimpiadasının qalibi Radik İsayev (+80 kq) cəmləşib. Yeri gəlmişkən, turnirin qalibi aktivinə 80 reytinq xalı yazdırmış olacaq. Bir məqamə da qeyd edək ki, yekunda dünya reytinq cədvəlində hər çəki dərəcəsində (kişi və qadın) ilk 5 yeri tutan taekvondoçu Tokio-2020-yə birbaşa lisenziya qazanacaq.
 

 

***

 

AĞIRLIQQALDIRMA

Avropa birinciliyinə 18 atletlə qatılacağıq

7-14 dekabr aralığında İzraildə 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. AAAF-dan (Azərbaycan Ağır Atletika Federasiyası)Bir həftə davam edəcək bu yarışda ölkəmiz 18 atletlə təmsil olunacaq. Daha bir həmyerlimiz - Səbinə Rzayeva isə ədalət qoruyucuları arasında bacarığını nümayiş etdirəcək. Yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edəcək. Yığmamızın heyətinə gəlincə, baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında İzrailə gedən heyətdə aşağıdakılar cəmləşib:

Qızlar: Aişə Əliyeva, Selcan Qarayeva, Rəhilə Hüseynova və Leyla Qurbanlı.
Oğlanlar: Kənan Rəhimov, Qasım İsmayılov, Elşən Məmmədov, Nurlan Məmmədzadə, Əvəz Tağıyev, Tehran Məmmədov, Rüstəm Qasımov, Ömər Cavadov, Samir Əskərzadə, Həsənağa Sahibov, İsa Həsənli, Tarmenxan babayev, Əli Şükürlü və Rəhman Kazımov.

 

***

ŞAHMAT

Məmmədovla Hüseynov Avropa çempionatına qatılacaq

Dekabrın 5-dən 7-dək Estoniyanın paytaxtı Tallində şahşatın rapid və blite növləri üzrə nəvbəti Avropa çempionatı keçiriləcək. 400 zəka sahibinin mübarizə aparacağı bəlli yarışda azərbaycanlı qrossmeysterlər - Rauf Məmmədovla Qədir Hüseynov da iştirak edəcək. Şahmatçılar ilk iki gündə özlərini rapiddə, son gündə isə blitsdə sınayacaqlar.

 

İNTİQAM

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !