Ağcabədi rayon Şənlik kənd inzibati ərazi vahidində vətəndaşlarla səyyar qəbul keçirmişdir - +FOTO=16 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

Ağcabədi rayon Şənlik kənd inzibati ərazi vahidində vətəndaşlarla səyyar qəbul keçirmişdir +FOTO=16 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

 AZpress.AZ xəbər verir ki, 4 dekabr 2019-cu il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şənlik kənd inzibati ərazi vahidində vətəndaşlarla səyyar qəbul keçirmişdir.

Qəbulda kənd sakinləri, aidiyyatı idarə, müəssisə rəhbərləri, yerli icra və bələdiyyə nümayəndələri iştirak etmişlər. Səyyar görüş zamanı çıxış edən icra başçısı Rafil Hüseynov son vaxtlar Prezident cənab İlham Əliyev tərəfindən aparılan islahatlar, əhalinin rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən sosial-iqtisadi proqramlardan geniş söhbət açmışdır. Bütün bunlar ölkə vətəndaşlarının yaşayış tərzinin və güzəranının daha da yüksəlməsinə qulluq edir. Rayon rəhbəri kənddə görülən təsərrüfat işləri və gələcək prespektivlərdən danışmışdır.

Səyyar qəbulda çıxış edən kənd sakinlərindən İsmayıl Paşayev, Leyla Əmirova, Adəm Mehdiyev və digərləri kənddə tam orta məktəbin, həkim məntəqəsinin tikintisinə, qazılmış su artezianı üçün su anbarının tikintisinə, eləcə də uzunluğu 8 kilometr olan Ağcabədi-Şənlik avtomobil yolunun asfaltlanması, kənd ərazisində 15 kilometrə qədər dren şəbəkəsinin təmizlənməsinə ehtiyacın olmasını nəzərə çatdırdılar. Vətəndaşların irad və təkliflərini diqqətlə dinləyən icra başçısı qeyd olunan məsələlərin həlli istiqmətində əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !