SOCAR "Azərikimya" İB - Ağacəkmə kampaniyası - -FOTO=21

SOCAR "Azərikimya" İB - Ağacəkmə kampaniyası -FOTO=21

                                                         Kimyaçılar da SOCAR ailəsi olaraq
                              “Bir gündə 650 min ağac əkək” aksiyası çərçivəsində 2 min ağac əkdilər

Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin idarə və müəssisələri də geniş iməcilik keçirməklə qoşulmuşlar.

“Azərikimya” İB-nin idarəetmə aparatının, Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin ümumilikdə 300 nəfər əməkdaşının iştirak etdiyi iməcilikdə Bakı-Quba avtomobil yolu istiqamətindəki sənaye zonası ərazisində 2 min ağac əkilmişdir.

Qeyd edək ki, “Azərikimya” İB tərəfindən bundan öncə - noyabrın 16-da keçirilən iməcilikdə də kimyaçılar Etilen-polietilen zavodunun bu məqsəd üçün ayrılmış ərazisində 3000 ağac əkməklə bu təşəbbüsə öz töhfələrini vermişlər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !