Mingəçevir Gənclər Evi Beynəlxalq Könüllülər Günü münasibətilə öz fəaliyyətini bir günlük könüllülərə həvalə edib. - -FOTO=6

“Mingəçevir Gənclər Evi” Beynəlxalq Könüllülər Günü münasibətilə öz fəaliyyətini bir günlük könüllülərə həvalə edib. -FOTO=6

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə öz fəaliyyətini bir günlük müəssisənin könüllülərinə həvalə edib.
İş vaxtının başlanması ilə əməkdaşların yerinə keçən könüllülər gün ərzində onların gördüyü işləri yerinə yetirib. İlk öncə dərnək rəhbərlərinin yerinə keçən gənclər birlikdə iclas keçirib, dərnəklərdə görülən işlərlə tanış olublar. Beynəlxalq Könüllülər Günü ilə əlaqədar olaraq müəssisədə hansı fəaliyyətlərin təşkil olunduğunu müzakirə edib, qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni illə bağlı təkliflərini səsləndiriblər. Gənc və könüllülər arasında mütəmadi sorğular keçirdiklərini deyən dərnək rəhbərləri onların təklif və istəklərini nəzərə alaraq həyata keçiriləcək yeni layihələri və daha hansı yenilikləri tətbiq edə biləcəklərini müzakirə edib.
Sonrakı mərhələdə kursun müəllimləri ilə görüşən kollektivi əvəz edən könüllü qrupu mövcud vəziyyətlə bağlı məlumat alıb, tədris zamanı hansı üsul və vasitələrdən istifadə etdiklərini öyrənib. Müəllimlərə yeni təlim üsulları, açıq hava təlimlərindən istifadə etməyə üstünlük vermələri tövsiyyə olunub.
Müəllimləri əvəz edən gənclər öyrətmə bacarıqlarını təcrübədən keçirib, dərs prosesinin idarə olunmasında yaxından iştirak ediblər. Müəllim kimi tələbələrin suallarını cavablandırıb, öz bilik və bacarıqlarını onlarla bölüşüblər.
Daha sonra könüllülər üçün əyləncəli tədbir təşkil olunub. Tədbir zamanı əylənən könüllülər, eyni zamanda, öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Sonda könüllülər könüllü olmağın onlar üçün nə ifadə etdiyini, əməkdaş kimi müəssisənin fəaliyyətində iştirak etməyin asan və çətin tərəflərini gənclərlə və kollektivlə bölüşüb. Fərqli və maraqlı gün üçün Mingəçevir Gənclər evinə və kollektivə öz təşəkkürlərini bildiriblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !