İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 GÜLƏŞ

Pəhləvanların ökə çempionları müəyənləşib

 

4-6 dekabr günlərində "Sərhədçi" Olimpiya İdman Mərkəzində kişilər arasında yunan-Roma ("klassik") və sərbəet ("volnik") gülüəş üzrə seçmə xarakterli Azərbaycan çempionatı keçirilib.Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, "klassiklər"in yarışında 10 çəki dərəcəsində 156, "volniklər"də isz 191 pəhləvan çempionluq və medallar uğrunda mübarizə aparıb. Yunan-Romada İbrahim Nurullayev (55 kq), Sakit Quliyev (60 kq), Taleh Məmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə (72 kq), Tuncay Vəzirzadə (77 kq), Elvin Mürsəliyev (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Oyan Nəzəriani (130 kq), sərbəst güləşdə isə Əfqay Xaşalov (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Omarov (74 kq), Abubəkr Abakarov (79 kq), Osman Nurmaqomedov (86 kq), Şamil Zubayrov (92 kq), Sənan Əlizadə (97 kq) və Aydın Əhmədov (125 kq) bütün görüşlərinin qələbə ilə bitirərək, ölkə çempinu adını qazanıb. Güləş həvəskarlarının marağını nəzərə alaraq, hər iki növdə keçirilən final görüşlərini təqdim edirik:

Yunan-Romada:
55 kq
FİNAL:
Ziyad Zeynalov (Neftçi) - İbrahim Nurullayev (MOİK) 6:8
60 kq
FİNAL:
Sakit Quliyev (Neftçi-MOİK) - Murad Bazarov (MOİK) 3:1
63 kq
FİNAL:
Murad Məmmədov (Neftçi-MOİK) - Taleh Məmmədov (Neftçi-Gömrükçü) 1:7
67 kq
FİNAL:
İslambek Dadov (Atasport) - Namaz Rüstəmov (Gömrükçü) 9:8
72 kq
FİNAL:
Sənan Süleymanov (Neftçi) - Ülvi Qənizadə (Neftçi-MOİK) 1:2
77 kq
FİNAL:
Rüstəm Əliyev (DİN) - Tuncay Vəzirzadə (Neftçi) 0:8
82 kq
FİNAL:
Elvin Mürsəliyev (Neftçi) - Nicat Abdullayev (MOİK) 3:0
87 kq
FİNAL:
İslam Abbasov (Qubadlı-Neftçi) - Eltun Vəzirzadə (Neftçi) 2:1
97 kq
FİNAL:
Orxan Nuriyev (Neftçi) - Zamir Məhəmmədov (Atasport) 5:0
130 kq
FİNAL:
Oyan Nəzəriani (Atasport) - Beka Kandelaki (Atasport) 5:1

 

Sərbəst güləşdə:
57 kq
FİNAL:
Pərviz İbrahimov (Abşeron) – Əfqan Xaşalov (Zenit) 2:7
61 kq
FİNAL:
Ruslan Qasımov (Zenit) – İntiqam Vəlizadə (Neftçi) 2:3
65 kq
FİNAL:
Əhmədnəbi Qvarzatilov (Atasport) – Əli Rəhimzadə (DİN) 1:2
70 kq
FİNAL:
Gitinoməhəmməd Hacıyev (Atasport) – Ağahüseyn Mustafayev (MOİK) 0:6
74 kq
FİNAL:
Hacımurad Ömərov (Atasport) – Coşqun Əzimov (MOİK) 2:1
79 kq
FİNAL:
Abubakr Abakarov (Atasport) – Rəşad Yusifli (Abşeron-DİN) 10:0
86 kq
FİNAL:
Osman Nurməhəmmədov (Atasport) – İbrahim Yusubov (Qazax) 4:3
92 kq
FİNAL:
Şamil Zubairov (Atasport) – Kənan Əliyev (Qazax) 5:1 (tuşe)
97 kq
FİNAL:
Nurməhəmməd Hacıyev (Atasport) – Sənan Əlizadə (Qazax) -:+ (Hacıyev zədələndiyi üçün görüşə çıxmayıb)
125 kq
FİNAL:
Aydın Əhmədov (Abşeron) – Roman Bəkirov (Abşeron) 6:3

 

***

ŞAHMAT

Rauf Məmmədov liderliyi əldən verib

Estoniyanın paytaxtı Tallində kişi şahmatçılar arasında şahmatın rapid və blits növləri üzrə Avropa çempionatı keçirilir. Xəbər verdiyimiz kimi, çempionatda iki həmyerlimiz - Rauf Məmmədovla Qədir Hüseynov da iştirak edir. 400 zəka sahibinin mübarizə apardığı çempionatın iştirakçıları mübarizəyə rapid yarışması ilə başlayıblar. Hər iki həmyerlimiz turnirə yaxşı başlayıb. Rauf Məmmədov 12 turdan sonra 10,5 xalla yarış cədvəlinin bahid lideridir. Ondan 1 xal geri qalan Qədir Hüseynov isə 4-cüdür. Yarış davam edir. Dekabrın 7-də isə şahmatçılar blitsdə özlərini sınayacaqlar.

 

***

CÜDO

Cüdoçularımız Yaponiyadan Çinə uçublar


 

Xəbər verdiyimiz kimi, Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandası Yaponiyanın Osake şəhərində keçirilən "Böyük Dəbilqə" turnirinin ardında elə həmin məkandaca qalaraq bir həftəlik beynəlxalq təlim-məşq toplanışında olub. Heyətində Osakedə gümüş medal qazanan Elmar Qasımovun (100 kq) da yer aldığı yığmamız toplanışı başa vuraraq, oradan birbaşa Çinin Tsindao şəhərinə uçub. Bu səfərin məqsədi 12-14 dekabr günlərində həmin şəhərdə keçiriləcək «World Masters» turnirinə qatılmaqdır. Həmin turnirə ölkəmiz 3-ü qadın olmaqla 11 cüdoçu ilə qatılacaq.

 

***

BASKETBOL

"Atom" "Xırdalan"ı "əzərzk" liderə çatıb

Bu gün kişi basketbolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan Superliqasında 9-cu tura start verilib. Turun start günü bir oyun keçirilib ki, həmin görüşdə də "Atom"la "Xırdalan" qarşılaşıb. Görüş nominal ev sahibi olan "Atom"un qələbəsiylə başa çatıb - 72:63. Bu qələbədən sonra "Atom" xallarının sayını 15-ə çatdırmaqla yarış cədvəlinin zirvəsində yer alan "Zirvə"nin şərikinə çevirilib.

Turun qalan oyunları dekabrın 7-də keçiriləcək. Həmin görüşlərdə "Sıçrayış" "Atletik"lə, "Zirvə" "80-lər"lə, "Sərkərdə" isə "Gəncə"ylə qarşılaşacaq.

 

Hazırda komandaların turnir cədvəlində vəziyyət belədir:

Komanda
O
Q
M
  T
X
Zirvə
8
7
1
+129
15
Atom
9
6
3
+69
15
Sərkərdə
8
5
3
+72
13
Gəncə
8
5
3
+2
13
Atletik
8
4
4
+1
12
Xırdalan
9
3
6
+9
12
Sıçrayış
8
3
5
-139
11
80-lər
8
0
8
-143
8
 
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !