Bakı Şəhər Halqası İmadəddin Nəsiminin 650 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - +FOTO=7 (Minə Türksoy - AZpress.AZ)

Bakı Şəhər Halqası İmadəddin Nəsiminin 650 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib +FOTO=7 (Minə Türksoy - AZpress.AZ)

 Azpress.Az saytının məlumatına əsasən bildiririk ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) işçi, marşal və könüllülərdən ibarət bir qrup təmsilçisi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü çərçivəsində görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Müşfiqabad qəsəbəsində təyin etdiyi ərazidə çox sayda badam ağacı əkib.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 37 növdə 650 min ağacın əkilməsi nəzərdə tutulur.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai agacəkmə aksiyasının şirkətin həyata keçirdiyi yeni strategiya baxımından tam yerinə düşdüyünü bildirib: “Biz ötən həftə Yaşıl Strategiyaya keçdiyimizi ictimaiyyətə elan etdik. Belə ki, artıq ofisimizi yaşıllandırmışıq, işığa, suya və kağıza daha çox qənaət edirik və həmçinin ofisimizdə tullantıları çeşidləndirərək aidiyyəti yerlərə təhvil veririk.

Bu gün keçirilən ağacəkmə aksiyası da Yaşıl Strategiyamıza tam uyğun bir addım oldu və böyük həvəslə iştirak etdik. Növbəti aylarda da daha təmiz və sağlam ekologiyanın davamlılığının təmin olunması istiqamətində yeni layihələrlə çıxış etməyə davam edəcəyik”.

Qeyd edək ki, Bakıda növbəti Formula 1 Qran Pri yarışı 5-7 iyun 2020-ci il tarixlərində baş tutacaq. Əməliyyat şirkəti sayca 5-ci olan bu yarışa qədər lazımi hazırlıqları görərək yarış həftəsonunda paytaxta gələn avtoidman həvəskarları üçün bütün yarış məkanında ekologiya dostu mühiti yaratmağı planlaşdırır.

 

Azpress.Az,Minə Türksoy.

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !