Traktor Mustafa Dənizli ilə bağlı qərarını verdi -

“Traktor” Mustafa Dənizli ilə bağlı qərarını verdi

 İranın “Traktor” klubunda baş məşqçi istefası gerçəkləşib.

Təbriz təmsilçisi tanınmış türkiyəli mütəxəssis Mustafa Dənizli ilə yollarını ayırıb.

Klubun yaydığı məlumatda müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyi bildirilir.
M.Dənizli “Traktor”u 9 çempionat oyununa çıxarıb.

Təbrizlilər onun rəhbərliyi altında 5 qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə uduzub.
Bu müddətdə komanda 17 xal toplayıb.

Qeyd edək ki, zəngin karyeraya malik 70 yaşlı M.Dənizli “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, Türkiyə millisində də çalışıb.

O, 2013-14-cü illərdə Azərbaycanda “Xəzər Lənkəran”ın baş məşqçisi olub.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !