Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin Açılış Tədbiri - -FOTO=2

Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin Açılış Tədbiri -FOTO=2

6 Dekabr 2019-cu il tarixində Gəncə şəhəri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin Açılış Tədbiri olub. Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Koreya Beynəlxalq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyinin Ölkə üzrə Direktoru, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkə üzrə Missiya Rəhbəri, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Gəncə şəhəri İcra Hakimiyyətinin nümayəndələri, digər hörmətli qonaqlar və əlaqədar rəsmilər iştirak etmişdir.
KOICA-nın maliyyə dəstəyi ilə icra edilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi vasitəsi ilə əldə edilən kəhriz mühəndisliyi təcrübəsi və bacarıqlarının növbəti nəsillərə ötürülməsinin davamlılığının təmin olunması məqsədilə, BMqT ADAU-da Kəhriz Tədqiqat və İnformasiya Mərkəzini yaratdı. Mərkəz akademik dərnəklər arasında kəhriz mühəndisliyi mövzusunda elmi araşdırmaları təşviq edəcək və maarifləndirmə səviyyəsini artıracaqdır.
Öz nitqində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru qeyd etdiki, “Dünyanın digər yerlərində olduğu kimi, Azərbaycanda da su qıtlığı mövcuddur. Azərbaycanda qədim texnologiyaya malik və əsrlər boyu davamlı su təchizat mənbəyi kimi istifadə olunmuş kəhrizlər Sovet dövründə baxımsız vəziyyətdə qalıb. Onların çoxu dağılıb və ya çoxunun su təminatı kəskin şəkildə azalıb”. Biz əminikki, “Səmərəli olmaqla yanaşı enerji sərf etməyən və saxlanılması ucuz başa gələn kəhrizlər sözü-gedən bu layihə çərçivəsində müasir Azərbaycanda yeni dirçəliş dövrü yaşayacaqdır.”
KOICA Azərbaycan Nümayəndəliyinin Ölkə üzrə Direktoru xanım Park Kumok öz növbəsində vurğuladı ki, Kəhriz su sistemlərinin bərpası tamamlandıqdan sonra 25.000-dən çox məcburi köçkün təmiz su ilə təmin ediləcək və onların həyat şəraiti yaxşılaşacaqdır. Bundan əlavə, kahrizlərin reabilitasiya prosesinin dayanıqlığını təmin etmək məqsədilə yaradılan Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi, ADAU-nun müəllim heyətinin kahriz su təchizatı sistemi haqqında biliklərini artırmaq və təkmilləşdirmək, və kahrizlərin bərpası və təmirini öyrənmələrini təmin etmək və gələcək nəsil üçün təlim kurikulumunu hazırlamaq üçün bir vasitə rolunu oynayacaqdır.
Ümumilikdə, layihə, məcburi köçkünlərin çox olduğu ərazilərdə 40-dan çox kəhriz sisteminin təmiri ilə kənd yerlərində su təchizatının yaxşılaşdırılmasına yönəlmişdir. Layihə kəhrizlərin yenilənməsindən əlavə, yerli potensialın artırılması, irriqasiya işlərinin yaxşılaşdırılması və digər mövzularda məcburi köçkünlərin kiçik biznesə başlamaları üçün dəstək kimi komponentləri də əhatə edir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !