İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 ŞAHMAT

Rauf Məmmədov Rapiddə ikinci, blitsdəsə ....

Estoniyanın paytaxtı Tallində şahmatın rapid və blits növləri üzrə Avropa çempionatı keçirilib. 400 zəka sahibinin mübarzə apardığı bu mötəbər yarışda azərbaycanlı şahmatçılar - Rauf Məmmədovla Qədir Hüseynov da iştirak edib. Maraqlıdır iki, həmyerlilərimizdən Məəmədov rapiddə, Hüseynov isə blitsdə yaxşı nəticə göstərib. Belə ki, rapid yarışında son turadək 10,5 xalla birinci yerdə gedən Rauf Məmmədov sonuncu turda büdrəməklə çıxışını ikinci yerdə başa vuraraq, gümüş medal qazanıb. Ondan 1 xal az toplayan Qədir Hüseynovsa 4-cü olub.

Blitsdə isə 22 turdan 16 xal toplayan Qədir qalibdən 1 xal geri qalmaqla cıxışını 6-cı, Raufsa 15,5 xalla 11-ci yeri tutub.

 

***

AĞIRLIQQALDRMA

Elşən Məmmədov ikiqat Avrpa çempionudur

İsrailin Eylate şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilir. Xəbər verdiyimiz kimi, bu yarışa Azərbaycan 18 atletlə qatıılıb. Birinciliyin ikinci günü yığmamız üçün uğurlu olub. Belə ki, 61 kq şəki dərəcəsində körpücük üzərinə çıxan 15 yaşlı Elşən Məmmədov iki hərəkətin cəmində 235 kq (106 kq+129 kq) ağırlığı ram etməklə birnici yeri tutub. Maraqlıdır ki, ötənilki çempionluq titulunu qoruyan Məmmədov birdən qaldırmada (106 kq) kiçik gümüş, təkankla (129 kq) isə kiçik bürünc medal qazanıb.

Onunla eyni gündə mübarizəyə qatılan həmyaşıdı Qasım İsmayılov (55 kq) isə iki hərəkətin cəmində göstərdiyi 185 kq (83 kq + 102 kq) nəticəylə yalnız 6-cı ola bilib.

17 yaşlılar arasında mübarizəyə qatılan atletlərimizə gəlincə, Əvəz Tağıyev (55 kq) iki hərəkətdə 210 kq-la (94 kq + 116 kq), Tehran Məmmədovsa (61 kq) 220 kq-la (10 kq + 120 kq) 9-cu yeri tutub.

Birincilik davam edir.

 

İNTİQAM


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !