Bakıda Ey Nəsimi, cahanı tutdu sözün... mövzusunda beynəlxalq elmi konfrans keçirilir - + FOTO=32 (Rüstəm Fərman - AZpress.AZ)

Bakıda “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda beynəlxalq elmi konfrans keçirilir + FOTO=32 (Rüstəm Fərman - AZpress.AZ)

 Dekabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda II beynəlxalq elmi konfrans keçirilir.

Konfransı giriş sözü ilə Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması və ölkəmizdə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında müvafiq sərəncamlar imzalandığını xatırladıb. Qeyd edib ki, sərəncamlara əsasən Azərbaycan Milli Elmlər Akademiyasında İmadəddin Nəsimi ilə bağlı müxtəlif tədbir və konfranslar keçirilib. Şairin əsərləri 11 dildə nəşr edilib və alimlərimiz həmin əsərlərə müqəddimə və şərhlər yazıblar. Akademik konfransda xarici və yerli alimlərın, tanınmış ziyalıların iştirakını dahi Nəsimiyə xalq sevgisinin təzahürü kimi qiymətləndirib.

Plenar iclasda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Özbəkistan Elmlər Akademiyası Ədəbiyyat, Dil və Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Erqaş Oçilov və başqaları Nəsiminin yaradıcılığından söz açıb, dahi şairin zəngin irsinin Azərbaycan xalqının bədii-fəlsəfi fikir tarixində müsbət rol oynadığını qeyd ediblər.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

 

FotoMüxbir: Rustem İsmayilov.. 0515202200

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !