Solo oxuma kafedrası tələbələrinin konserti olub - -FOTO=3

Solo oxuma kafedrası tələbələrinin konserti olub -FOTO=3

2019-cu il 9 dekabr tarixində Georgi Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının II kurs magistr tələbələrinin konserti keçirildi.
Tədbirin açılışını Ü.Hacıbəyli adına BMA-nın “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə dostoru Nərgiz Hüseynova edərək, məktəbin müəllim və şagirdlərini salamladı, tələbələri tamaçaşılara təqdim etdi.
Daha sonra tədbir konsert proqramı ilə davam etdirildi. Zəngin konsert proqramında Ü.Hacıbəyli adına BMA-nın tələbələri G.Hendelin “Yustinian” operasından Ariadnanın ariyası; T.Quliyevin “Lirik mahnı”; C.Puççininin “Bohema” operasından Müzettanın valsı; D.Volfun“ İris”; Niyazinin “Arzu” romansı əsərlərini məharətlə ifa etdilər.
Sonda G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin Tədris işləri üzrə direktor müavini Sədaqət xanım İsmayılova maraqlı tədbir üçün BMA-nın rəhbərliyinə, müəllim və tələbə heyətinə dərin təşəkkürünü bildirdi.
Konsert tamaçaşıların gurultulu alqışları ilə sona çatdı.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !