"Sahibkarlığa doğru addımlar" layihəsi həyata keçirilib - -FOTO=10

"Sahibkarlığa doğru addımlar" layihəsi həyata keçirilib -FOTO=10

Cari ilin 3-4 dekabr tarixlərində Qəbələ şəhərində, 5-6 dekabrda isə Bakı şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyə Doğru Gənclərin İnkişafı” İctimai Birliyi tərəfindən "Sahibkarlığa doğru addımlar" layihəsi həyata keçirilmişdir.
Layihənin məqsədi fərdi biznes fəaliyyətinə maraq göstərən gənclərin sahibkarlıq biliklərinin artırılmasına həvəsləndirilməsi, gənc sahibkarların biznesin təşkili və idarə edilməsi bacarıqlarına yiyələnməsi, bu səhədə yerli və beynəlxalq iş təcrübəsi ilə tanış olması, onların etibarlı biznes tərəfdaşlar tapmalarına köməklik edilməsi, topladıqları bacarıqların real həyatda tətbiq olunmasına şərait yaradılmasından ibarət olmuşdur.
Layihə rəhbəri Tural Rəhimli təmsil etdiyi qurum adından layihənin aktuallığı və məqsədlərindən danışaraq, iştirakçıları layihə çərçivəsində əldə edəcəkləri bilik və bacarıqlar haqqında məlumatlandırmışdır. Daha sonra iştirakçılar təlimçi, sahibkar Elvin Dadaşsoyun təqdimatında sahibkarlıqda ilkin addımlar və biznes ideyaların yaranması məsələlərini əhatə edən təlimdə iştirak etmişlər.
Layihənin ikinci günü təlim bazar araşdırması, 4P konsepti, SWOT analizi, işlərin planlanması, işçilərin seçilməsi mövzuları ilə davam etmişdir. Təlim ərzində iştirakçıların sahibkarlıqla bağlı ideaları dinlənmiş, çoxsaylı sualları cavablandırılmışdır. Sonda iştirakçılara sertifikatlar verilmişdir.
Layihə çərçivəsində cəmi 60-dan çox gəncin iştirakı təmin edilmişdir. Qeyd edək ki, 10-11 dekabr tarixlərdə layihə Şamaxı şəhərində davam edəcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !