Senya Sonun ustad ders və konserti - -FOTO=6

Senya Sonun ustad ders və konserti -FOTO=6

2019-cu il 6 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Barselona Musiqi Akademiyasının professoru, pianoçu Senya Son BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli ilə görüşərək, BMA-da təhsil və incəsənətlə bağlı söhbətlər aparmışlar.
Sonra Senya Son akademiyanın professor, müəllim və tələbələrinin iştirakı ilə ustad dərsi vermişdir. Ustad dərsdə o, müxtəlif əsərlərdən nümunələr ifa edərək, ifaçılıq xüsusiyyətləri və bir sıra bəstəkarlar haqqında maraqlı məlumatlarla çıxış etmişdir. BMA-nın tələbələri - Lamiyə Sərxanova və Jalə Mayılova (П.Чайковский-Сеня Сон “Щелкунчик джазует”); Fidan Mirheydərzadə Cеня Сон “Концерт” I, II, III ч); Ruslan Rzayev və Emil Əhmədzadə (F.Şopen“Prelüdiya №4); Ceyran İsayevavə Nəzrin Abbaslı (Сеня Сон “Гершвин-Портрет”); Pünhan Qocayev (E.Satie “Gyimnopidie” №1) ustad dərsində yüksək peşəkarlıqlaifa etdilər.
Ardınca pianoçu S.Son konsert proqramı ilə müxtəlif bəstəkarların əsərlərinə istinad edərək, öz improvizasiyalarını ifa etdi.
Konsert tamaşaçıların böyük marağına səbəb oldu və gurultulu alqışlarla sona çatdı.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !