Uşaq evində Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı maarifləndirici tədbir keçirilib - -FOTO=6 (Azpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Uşaq evində Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı maarifləndirici tədbir keçirilib -FOTO=6 (Azpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Ombudsmanın Cəlilabad Regional Mərkəzi 10 dekabr- Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar Lənkəran şəhərindəki Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində “İnsan hüquqlarının qorunması dövlətin ali məqsədi kimi və fundamental hüquqlarımız” mövzusunda maarifləndirici tədbir keçirib.
Azpess.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyevanın adından iştirakçıları salamlayaraq, onları 10 dekabr-Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təbrik edib. Daha sonra Z.İsmayılov insan hüquqlarının yaranma tarixi, BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsi, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Benəlxalq Pakt, Mülki və siyasi hüquqlar haqqında Benəlxalq Pakt, ölkəmizin bu mühüm sənədlərə qoşulması və digər müddəalar barədə geniş məlumat verib. Natiq qeyd edib ki, ölkəmizdə insan hüquqları ilə bağlı islahatların təməli Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə qoyulub. Müstəqil Azərbaycanımızın ilk demokratik Konstitusiyası isə məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə, demokratik tərzdə qəbul olunub. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi özündə təsbit edən əsas Qanunumuzun 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılıb, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi əsaslandırılıb.
Z.İsmayılovun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərlik etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri də insan hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsi olub. Qısa müddət ərzində bu məqsədlə ölkədə bir sıra mühüm tədbirlər həyata keçirilib, çoxsaylı fərman və sərəncamlar imzalanmaqla müvafiq qanunvericilik aktları qəbul olunub. Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulması və 1998-ci ilin fevral ayının 10-da isə tamamilə ləğv edilməsi də atılan mütərəqqi addımlardandır. Ulu Öndərin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il tarixli Fərmanı ilə insan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində də strateji məqsədlər, insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının layihəsinin hazırlanması, insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılmasına dair təkliflərin hazırlanması, qaçqınların və məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iqtisadi və sosial hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması, insan hüquqları üzrə Elmi Tədqiqat institutunun yaradılmasına dair təkliflərin hazırlanması, hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam ləşdirilib. Bu proseslərin məntiqi davamı kimi, respublikamızda konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında insan hüquqları üzrə səlahiyyətli Müvəkkil təsisatının yaradılması, Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və qurumlarda tədqiqat və təhsil proqramları üzrə mütəxəsislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər mühüm məsələlər öz əksini tapıb. İnsan hüquq və azadlıqlarının təmini istiqamətində aparılan hüquqi islahatların tərkib hissəsi kimi, insan hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə 28 dekabr 2001-ci il tarixdə «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Konstitusiya Qanununun qəbul edilməsi, vətəndaşların pozulmuş hüquqlarının bərpasında yeni mexanizmin və ölkə modelinin formalaşmasına imkan verib.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, son illərdə ölkəmizdə hüququn bütün sahələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dövlət orqanlarının statusunu, fəaliyyət istiqamətlərini müəyyən etməklə hüquqi dövlət üçün demokratik cəmiyyətdə zəruri olan qanunvericilik bazasının yaradılması insan hüquq və azadlıqlarının müdafiəsinə real imkanlar açıb. Ölkə prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" bu sahədə Dövlət Proqramının fəlsəfəsini inkişaf etdiib. İnsan hüquqları sahəsində həyata keçirilən islahatların məntiqi davamı olaraq normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələri müəyyən edən, insan hüquq və azadlıqlarının daha səmərəli təmini istiqamətində yeni prioritetlər nəzərə alınmaqla 27 dekabr 2011-ci il tarixdə ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib.
Tədbirdə Z.İsmayılov bu Proqramın icrasına dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının cəlb olunmasının həmin sənədin icra mexanizminin effektivliyinə yönəldiyini və digər mühüm məqamları da diqqətə çatdırıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !