Lyuis Hemlton ilin pilotu olub - -FOTO=3 (İNTİQAM AZpress.AZ)

Lyuis Hemlton ilin pilotu olub -FOTO=3 (İNTİQAM AZpress.AZ)

"Autosport" 2019-cu il mövsümündə formula-1 üzrə keçirilən dünya çempionatının ən yaçşı pilotunu müəyyənləşdirib. Maraqlıdır ki, mövsümün ən yaxşı pilotu adına mövsümü dünya çempionu kimi başa vuran britaniyalı Lyuis Hemlton ("Mersedes") layiq görülüb. Bununla da karyerasında 6-cı dəfə çempionluq sevincini yaşayan Hemlton 7-ci dəfə isə ilin ən yaxşısı seçilib. Onun sürücüsü olduğu "Mersedes" W10 isə məvsümün ən yaxşı bolidi seçilib. "Red Bull"un gənc piolotu Aleks Albonsa ilin ən yaxşı yenisi adına layiq görülüb.
Yeri gəlmişkən, 6 qat dünya çempionu olan Hemlton 2019-cu il mövsümündə keçirilən 21 Qran-Prinin 11-də finişə hamıdan birinci çatıb. Qalan mərhələ yarışlarına gəlincə, onun komanda yoldaşı Valtteri Bottas 4, Maks Ferstappen ("Red Bull") 3, Şarl Lekler ("Ferrari") 2, 4 qat dünya çempionu adını daşıyan və son bir neçə ildə çempionluq uğrunda Hemltonla ciddi rəqabət aparan almaniyalı Sebastyan Fettelsə ("Ferrari") bu mövsüm cəmi bir dəfə Qran-Pri qalibi olub. Maraqlıdır ki, bu ardıcıllıq pilotların yekun reyqinq cədvəlində də öz əksini tapıb. Otən mövsümlə müqayisədə Hemlton daha 5 xal artıq toplayıb. Onun komanda yoldaşı olan Bottas isə karyerasında ilk dəfə olaraqŞ məvsümü vitse-çempion (2-ci yer) kimi başa vurub. Maks Fersttapenin ilk üçlüyü tamamlaması və eləcə də Şarl Leklerin Sebastyan Fetteli qabaqlaması məvsümün diqqətçəkən məqamlarındandır. 20 pilotun yer aldığı yarış cədvəlində Top-5-də vəziyyət belə olub:
1. Lyuis Hemlton - 413 xal, 2. Valtteri Bottas - 326 xal, 3. Maks Ferstappen - 278 xal, 4. Şarl Lekler - 264 xal, 5. Sebastyan Fettel - 240 xal.
Komandaların yekun yarış cədvəli isə belədir:
1. Mersedes - 739 xal, 2. Ferrari - 504 xal, 3. Red Bull - 417 xalŞ 4. Maklaren - 145 xal, 5. Reno - 91 xal, 6. Toro Rosso - 85 xal, 7. Reysinq Poynti - 73 xal, 8. Alfa Romeyo - 57 xal, 9. Xaas - 28 xal, 10. Uilyams - 1 xal.
                                                                                                 ***
Məlum olduğu kimi, hər il F-1 üzrə keçirilən Qran-Prilərdən birinə (sonuncudan əvvəlkinə) Braziliya ev sahibliyi edir. Dünya çempionatının Çraziliya mərhələsi isə hər dəfə San-Pauluda baş tutub. Braziliyanın yeni prezidenti Jayr Bolsonaro məkanı dəyişmək qərarına gəlib. Ona görə də, yerli hökumət bu haqda qərar da qəbul edib. Beləliklə, F-1-in Braziliya mərhələsi bundan sonra San-Pauloda deyil, paytaxt Rio-de-Janeyroda ("Liberti Media" avtodromu) olacaq. Bu yer dəyişmə üçün Braziliya hökuməti 72 milyon dollardan keçməli olub. Bu pullar yalnız paytaxtın Qran-Priyə ev sahibliyi etmək hüququ qalmaq üçündür. Avtodromun tikintisi üçünsə başqa xərclər nəzərdə tutulub.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !