EuroHome tikinti materialları bazarının rəhbərliyi tərəfindən sahibkarlara kompensasiya ödəniləcək -

“EuroHome” tikinti materialları bazarının rəhbərliyi tərəfindən sahibkarlara kompensasiya ödəniləcək

“EuroHome” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar sahibkarlar tərəfindən Bakı-Sumqayıt yolunda hərəkətin dayandırılması ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı “EuroHome” ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş sahibkarlarla hadisə yerində görüşüb. Görüş zamanı Rayon İcra Hakimiyyəti başçısına “EuroHome” ticarət mərkəzinin rəhbəri tərəfindən sahibkarlara dəymiş ziyan barəsində müvafiq araşdırma aparıldığı barədə məlumat verilib.
Dəymiş ziyan müəyyən edildikdən sonra, vətəndaşlarla “EuroHome” tikinti materialları bazarının rəhbərliyi tərəfindən ödəniləcək kompensasiya şərtləri müzakirə ediləcək.
Qeyd edək ki, baş vermiş yanğın ümumilikdə 21.000 kv.m sahəni əhatə edib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !