Azərbaycanlı Xanım Almaniyada Süni Zəka sahəsində İlin Gənc Tədqiqatçısı Seçildi! - -FOTO=3 (AZpressAZ Minə Türksoy)

Azərbaycanlı Xanım Almaniyada Süni Zəka sahəsində İlin Gənc Tədqiqatçısı Seçildi! -FOTO=3 (AZpressAZ Minə Türksoy)

Azpress.Az saytının məlumatına əsasən bildiririk ki, həmyerlimiz Günay Ka­zımzadə 2019-cu ilin Almaniyada Elm ili seçilməsi münasibəti ilə Almaniyanın Fed­eral Təhsil və Tədqi­qat Nazirliyi tərəfi­ndən Süni İntellekt üzrə ilin gənc tədqi­qatçısı mükafatına nominasiya olunub və qalib gəlib!
100-dən çox tədqiqat­çı arasında Nazirliy­in Elmi Şurası tərəf­indən seçilmiş 6 nam­izəd online səsvermə vasitəsilə yarışıb və Günay Kazımzadə Komputer Elmləri Kate­goriyasında qalib ol­muşdur -​ https://ki50.de/ki-n­ewcomer/​
Qeyd edək ki, Günay Kazımzadə 2008-2012ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Tətbiqi Riyaziyyat Fakultəsi­ndə təhsil alıb. 201­2-ci ildə Azərbaycan Respublilası Xaricdə Təhsil üzrə Dövlət Proqramı və Almaniya Akademik Mübadilə Proqramı(DAAD) qalibi olaraq Almaniyanın Bonn Universitetində Komputer Elmləri üzrə təhsil alıb. 201­8-ci ildən Berlin Te­xniki Univetsitetində Süni Zəka sahəsində doktorantura təhsi­lini davam etdirir. Həmçinin, Vayzenbaum İnstitutunda Tədqiq­atçı olaraq çalışır.​ O, 2018-ci ildə Google şirkətinim xan­ımlar üçün təhsis et­diyi Qrantın ilk Azə­rbaycanlı qalibidir. Həmçinin,​ TED-də Süni Zəka sahəsi üzrə çıxış edən ilk Azərbaycanlı xanımd­ır. O, Avropada, Ame­rikada baş verən 100­-dən çox elmi-texniki konftanslara dəvət almış və çıxışlar etmişdir. ACM, APA ko­nfranslarında Süni Zəka sahəsində elmi məqalələri çap olunmu­şdur. 2019-ci ildən TechCentrum platform­asını təsis etmişdir. Platfotmanın əsas məqsədi Süni Zəka, Maşın Öyrənməsi, Blok­çeyn kimi inkişafda olan texnologiyalar sahəsində Azərbaycan­lı gənclərə yardımcı olmaq və praktiki biliklərə yiyələndirm­əkdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !