"Future Stars 2019 XII Beynəlxalq Klassik Musiqi Festivalının yekun konserti keçirildi - -FOTO=185 (Rüstəm İsmayılov AZpress.AZ)

"Future Stars 2019 “ XII Beynəlxalq Klassik Musiqi Festivalının yekun konserti keçirildi -FOTO=185 (Rüstəm İsmayılov AZpress.AZ)

“Future Stars 2019 “ XII Beynəlxalq Klassik Musiqi Festivalının yekun konserti Beynəlxalq Muğam Mərkəzində keçirildi. AZpress.AZ xəbər verir ki, 14 dekabr 2019- cu il tarixində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Gürcüstan İncəsənət Xadimləri Birliyinin birgə təşkilatçılığı ilə “Future Stars 2019 “ XII Beynəlxalq Klassik Musiqi Festivalının yekun konserti Beynəlxalq Muğam Mərkəzində keçirildi. Festivalı açan Azərbaycan Respublikasının Xalq artisti,Bülbül adina Orta İxtisas Musiqi Məktəbinin direktoru Teymur Göyçayev və festivalın təşkilatçısı Nino Kupatadze festivalın artıq 4- cü dəfə Bakıda keçirilməsindən məmnun olduqlarını və müsabiqə nəticəsində hər il neçə- neçə istedadların üzə çıxdığını qeyd edərək,onların gələcəkdə müxtəlif klassik musiqi festivallarında da ölkələrini layiqincə təmsil edəcəklərini düşündüklərini bildirdilər. Festival günlərində Gürcüstan konservatoriyasının professoru Xalq artisti Nino Kutatadze(fortepiano), Anar Məmmədov (klarnet), Anar Yusifov(violin) tərəfindən ustad dərsləri keçirildi.
Tədbir qaliblərin mükafatlandırılması və konsert proqramı ilə başa çatdı.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !