Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi - -FOTO=23

Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi -FOTO=23

Türkiyənin İstanbul şəhərində keçirilən dünyaca məşhur “Best Model of The World – 2019” beynəlxalq model müsabiqəsinin final gecəsi baş tutub.
Müsabiqənin milli və beynəlxalq direktoru Aqil Məmiyevin sözlərinə əsasən, 40 ölkədən yarışmaya qatılan bəy iştirakçılar arasında birinciliyi azərbaycanlı model Nuru Əhmədov qazanıb. “Best Model of the World”da ikinci yerə Belçika, üçüncü yerə isə Türkiyə təmsilçiləri çıxıb. Xanım iştirakçılar arasında isə, qalibiyyət Türkiyəli model Derya Ekşioğlu aid oldu.
Azərbaycanlı iştirakçı, model Nigar Həsənzadə isə sözügedən yarışmada “Best Asia” tituluna layiq görülüb.
Azərbaycan tərəfindən “Best Model of the World” müsabiqəsində yarışmanın milli və beynəlxalq direktoru Aqil Məmiyev, layihə direktoru Pərviz Əzimzadə, beynəlxalq müsabiqənin rəsmi qida məsləhətçisi isə həkim Dr. Azay Musayeva iştirak edib.
Qeyd edək ki, “Best Model of The World" müsabiqəsinin 12 il öncəki qalibi azərbaycanlı model Rüstəm Cəbrayılov olub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !