Yeni İSO standartları haqqında master-klass keçirilib - -FOTO=51 (Rüstəm İsmayılov AZpress.AZ)

Yeni İSO standartları haqqında master-klass keçirilib -FOTO=51 (Rüstəm İsmayılov AZpress.AZ)

AZpress.AZ xəbər verir ki, 12 dekabrda “AQS Group” və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə İSO/TC 251 Texniki Komitəsinin katibi, Britaniya Standartlar İnstitutunun Standartların inkişafı şöbəsinin müdiri cənab Çarlz Korri “İdarəetmə sistemlərinə aid olan yeni İSO standartları haqqında müəllifdən məlumatlar” mövzusunda master-klass keçirilib.
Seminar zamanı iştirakçıları İSO 9000 seriyasının beynəlxalq standartlarının əsas tələbləri haqqında ətraflı məlumatlar əldə edib, aktivlərin idarə edilməsi qaydası, aktivlərin idarə edilməsi sisteminin yaradılması təlimatları və iş yerlərində işçilərin təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsi şərtləri ilə tanış olublar.
Master-klassın sonunda hər bir iştirakçıya sertifikat verililib.
Qeyd edək ki, Çarlz Korri İSO 9001 standartının hazırlanmasına rəhbərlik edən İSO/TC 176/SC 2 Texniki Komitəsinin, İSO 45001 standartının hazırlanmasına rəhbərlik edən İSO/PS 283 Texniki Komitəsinin layihə qrupunun və İSO 55001 standartının hazırlanmasına rəhbərlik edən İSO/TC 251 Texniki Komitəsinin katibi, Britaniya Standartlar İnstitutunun Standartların inkişafı şöbəsinin müdiridir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !