Anlaşma Memorandumu imzalanıb - -FOTO=8

Anlaşma Memorandumu imzalanıb -FOTO=8

Azərbaycan Milli Xalça Muzeyi ilə Təbriz İslam İncəsənəti Universitetinin Xalça fakültəsi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Təbriz İslam İncəsənəti Universitetinin Xalça fakültəsinin dekanı Ali Vandshoari imzalayıblar.
Anlaşma Memorandumu hər iki ölkə arasında ikitərəfli münasibətlərin, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı və genişləndirilməsi məqsədi daşıyır. Belə ki, tərəflərin razılığına əsasən, birgə təşəbbüs hesabına muzey işi sahəsində tədqiqatlar aparılacaq. Qarşılıqlı şəkildə təcrübənin öyrənilməsi üçün elmi işçilərdən ibarət nümayəndə heyətlərinin mübadiləsi, onların elmi-tədqiqat konfranslarında iştirakları təşkil ediləcək.
Eyni zamanda, muzey işinin müxtəlif aspektləri, o cümlədən birgə sərgi layihələrinin reallaşdırılması məqsədilə elmi konsepsiyaların və tematik-ekspozisiya planlarının hazırlanması üzrə məsləhətləşmələr aparılacaq. Həmçinin tərəflər elmi və metodiki ədəbiyyat mübadiləsi həyata keçirəcəklər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !