Lənkəran teatrında uşaqlar üçün hazırlanmış Yeni il tamaşasının premyerası olub - +FOTO=11 (Azpress.AZ – Ağaddin Babayev)

Lənkəran teatrında uşaqlar üçün hazırlanmış Yeni il tamaşasının premyerası olub +FOTO=11 (Azpress.AZ – Ağaddin Babayev)

Lənkəran Dövlət Dram Teatrının kollektivi hər il olduğu kimi bu il də ənənəsinə sadiq qalaraq 2020-ci ilin qış tətili günlərində məktəb yaşlı tamaşaçılarını yeni səhnə əsəri ilə sevindirməyi qarşısına məqsəd qoyub. Bu dəfə teatr uşaqların görüşünə gənc rejissor Tərlan Abdullayevin müəllifi olduğu və quruluş verdiyi “Balaca qara qız” nağıl-pyesinin tamaşası ilə gəlib. Dekabrın 21-də premyerası keçirilən tamaşada Balaca qara qızla onun dostlarının başına gələn əhvalatlardan söz açılır.
Tamaşanın quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları aktyorlardan Əbülfəz Axundov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Allaverən Babayev, Aysel Cahangirova, Təranə Fərəcova, Rauf Zeynalov, Şəbinəm Hüseynova, Amil İbadov, Nizami Qurbanov və digərləri ifa edirlər.
Qeyd edək ki, “Balaca qara qız” tamaşası dekabr ayının 24-dən etibarən gündə üç dəfə oynanılmaqla yanvarın 8-dək nümayiş etdiriləcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !