Yasamalda güllələnən 30 yaşlı gəncin - FOTOLARI YAYILDI (+FOTO=1)

Yasamalda güllələnən 30 yaşlı gəncin FOTOLARI YAYILDI (+FOTO=1)

 Dünən Yasamal rayonunda güllələnən Zülfü Muradovla bağlı yeni məlumatlar ortaya çıxıb.

AZpress.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, onun topdansatış meyvə ticarəti ilə məşğul olduğu bildirilir.

Məlumata görə, Z.Muradov bir neçə ay əvvəl qısa müddətli həbsdə olub. O, özünün sosial şəbəkədəki hesabında məclislərdən birində məşhur meyxanaçı Rəşad Dağlı ilə birgə fotosunu da paylaşıb.

Qeyd edək ki, naməlum şəxs “Niva” sürən Z.Muradovu və onun yanında olan İlkin Babayevi güllələyib. Zülfüyə ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !