- Saxta müğənni, saxta alim - Lalə Məmmədova od püskürdü

“Saxta müğənni, saxta alim”- Lalə Məmmədova od püskürdü

Müşahidələrimizə görə, son günlər müğənnilər arasında qalmaqallarda ən çox adı hallananlardan biri də əməkdar artist Lalə Məmmədovadı. Onun iki il əvvəl müğənni Afaq Aslanla, eyni zamanda eks həyat yoldaşı İlham Qafarovla gündəmi məşğul edən qalmaqalları təzəcə səngidiyi bir vaxtda, həmkarları ilə yenidən başı ”dərd”ə girib.

Vaxtı ilə müxbirin "Lalə xanım, siz Brilliant xanıma çox oxşayırsınız”-sözünə müğənni "O, mənim anam yaşındadı" deməklə " xalq artisti ilə arasında ”soyuq müharibənin başlanmasına səbəb olmuşdur. Ötən gün Lalə- Brilliant arasında "buzlar” yenidən sərtləşib. Belə ki, Lalə xanımı bir tədbirdə görən xalq artisti onun salamına cavab vermiş, amma aparıcıya Laləni təxminən tanımadığını söyləmişdi. L. Məmmədova həmkarının bu cavabına əsəbləşmişdi:” Amma qarşı tərəfə ünvanıma dediklərini yaraşdırmadım. Daha müdrik cavab verərdi. Mənə demişdi ki, onun anası yaşındayamsa, mənim nənəmə oxşayır. Sənətkar olaraq, çox yüksəklərdədir. Ondan gözləmirdim. Ondan əvvəl harda görürdüm, qabağına qaçırdım. Bacıları ilə də münasibətim var idi.

 

 

Bir dəfə tədbirdə idik. Orada ona sual verdilər: Lalə Məmmədova sizin qohumunuzdur? Qayıtdı ki, o, kimdir? Aparıcı dedi, "Məktəb illəri". Dedi, yaxşı mahnıdır. Necə bunu deyə bilərdi? Sənətkardır, amma bu, o demək deyil ki, nə gəldi desin. Efirdə çıxıb yaşlı-başlı sənətkarlar "mən-mən" deməməlidir".

 

 

Bu qalmaqaldan əvvəl isə Lalə xanımın adı "Kərim-Elçin” olayında hallandı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli Kərimin rüsvayedici açıqlamasına cavab verərkən L.Məmmədovanı da ağır sözlərlə təhqir etdi: "Bir arvad var e, "Məktəb illəri”ndə ilişib qalan, bu, onun ayaqlarını yuyur. Guya Elmlər namizədidir, heç elmi iş prosesindən belə xəbəri yoxdur. Saxta Elmlər namizədi – Lalə Məmmədova. Əvvəl İlhamənin iti idi, indi bunun itidir. Gedib ayrı yerdə hürsün. Mənim ünvanıma hürsə, onun ağzını qulağının dibinə qədər cıracam. Məni bu həddə çatdırmasınlar”.

 

 

Bu açıqlaması ilə ürəyi soyumayan teleaparıcı yenidən dilə gəldi:” Birivar, həm müğənnidir, həm alim.İnsan hər gün toydadır, mahnı yazdırır, klip çəkdirir, uşaq böyüdür, boşanmağa da vaxt tapır, üstəlik, elmi məqalalələr də yazıb elmlər namizədliyini müdafiə edib. Bütün bunları necə çatdırıb, bilmirəm. Saxta müğənni olduğu kimi, saxta alimdir və saxta da fikirlər söyləyir.

Ümumiyyətlə, bütün yaradıcılığı "kserokopiya”dan ibarətdir. Azərbaycanın çox məşhur müğənnisinin, böyük sənətkarının oxşarıdır. Ooxuyanda hamıya elə gəlir ki, başqası oxuyur”.

Əməkdar artist cavab "atəşi " nə gec başlasa da, güclü başladı

 

"Əgərmənim elmi fəaliyyətim kölgə və şübhə altındadırsa, Elmlər Akademiyasında hər şey dəqiqliklə qeyd olunur,araşdırabilərlər.Qaldı ki ailəmin dağılmasına, heç kim bu hadisədən sığortalı deyil. Onu deyən insanın ailəsi də dağılıb. Sadəcə, qarşımdakıbu sözü deyən insanın əks cinsin nümayəndəsi olduğunubiləndə başımı yellədim. Qadınla kəllə-kəlləyə gəlibqorxacaqdınsa,bu sözləri niyə deyirdin? Kişiyə yaraşan sözlər deyil. O insanın da şəxsi həyatı, elmi nailiyyəti var.Mən ona cavab verməyiözümə rəva bilmədim. Əgər mən, həqiqətən də, kiminsə "kopyası” idimsə, o zaman niyə məni öz toyuna dəvət etmişdin?”

 

 

Görünən odur ki, əməkdar artist Lalə Məmmədovanın qarşısından tez-tez qara pişik keçir ki, hər addımda onunla qalmaqallar yaşanır.

 

 

 

Əntiqə Rəşid
adalet.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !