"Uğurlarımızla 2020-yə adlı tədbir keçirilib - +FOTO=37 (Minə Türksoy - AZpress.AZ)

"Uğurlarımızla 2020-yə” adlı tədbir keçirilib +FOTO=37 (Minə Türksoy - AZpress.AZ)

 Azpress.Az saytının məlumatına əsasən bildiririk ki, Şuşa Dövlət Musiqili Teatrında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərgi-tədbir keçirilib. “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin dəstəyi ilə keçirilən tədbirdə qonaqlar əvvəlcə gənc rəssamların il ərzində ərsəyə gətirdikəri xüsusi seçilmiş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra layihənin rəhbəri Elnurə İsgəndərova tədbiri açaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızı tarixində rolundan danışıb. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bu günü milli birlik ideologiyasının simvolu kimi qeyd etdiklərini diqqətə çatdırıb. Tədbirin təşkilatçılarından Aygün İsgəndərova 2019-cu il ərzidə gənc rəssamların əsərlərindən ibarət 30-da artıq sərgi keçirdiklərini bildirib. Sərgilənən rəsmlərdə vətənərvərlik ideyasının, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin və həmçinin multikuturalizmin təbliğinin üstünlük təşkil etdiyini ifadə edib. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, xalq rəssamı, Dünya Rəssamlıq Akademyasının Bakı Nümayəndəliyinin rəhbəri Arif Əziz çıxışında müxtəlif yaş qruplarından olan rəssamların əsərlərindən ibarət olan bu sərginin ideya olaraq çox vacib, təqdirəlayiq olduğunu və belə sərgiləri gənc rəssamların inkişafına müsbət təsir etdiyini bildirib. “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Qalib Əzizov hər bir xalqın ikişafında sağlam, vətənpərvər, savadlı gəncliyin mühüm rol oynadığını vurğulayıb, gənclər siyasətinin dövlətimiz üçün prioritet istiqamət olduğunu, bu sahədə müxtəlif proqramların həyata keçirildiyini nəzərə çatdırıb. 150 rəssamın 200-dək rəsm əsərinin nümayiş olunduğu sərgidə il ərzində fərqlənmiş gənc rəssamlar “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən xüsusi diplom və mükafatlarla təltif olunub. Tədbir incəsənət ustalarının konsert proqramı ilə sona çatıb.

 

Azpress.Az,Minə Türksoy.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !