İstiqlal Muzeyində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbir sərgi keiriləcək -

İstiqlal Muzeyində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbir sərgi keiriləcək

 10 aprel 2019- cu il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncamına uyğun olaraq 25 dekabr 2019- cu il saat 1600 da Azərbaycan İstiqlal Muzeyində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbir sərgi keiriləcək.

2019- cu il dekabr ayında Azərbaycan Xalq Cümhuriyyəti zamanında yaradılmış “İstiqlal” muzeyinin 100 cü ili tamam olur. Bu münasibətlə “Azərmarka MMC” tərəfində xüsusi poçt markası hazırlanıb. Tədbir çərçivəsində həmin poçt markasının təqdimatı və ilk gün zərfinin imzalanma mərasimi təşkil ediləcək.
Əhməd bəy Ağaoğluna həsr olunmuş sərgi Cümhuriyyət tədqiqatçısı Dilqəm Əhmədin şəxsi kolleksiyası və muzeyin fondlarında qorunan 50 - ə qədər eksponat əsasında təşkil ediləcək.

Tədbirdə dövlət rəsmiləri, ictimayyət nümayəndələri, tələbələr, hərbiçilər və digər qonaqlar iştirak edəcəklər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !