Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Yeni il şənliyi keçirilib - +FOTO=50 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Yeni il şənliyi keçirilib +FOTO=50 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

Ağcabədi Günərzi Qayğı Mərkəzi, Heydər Əliyev Mərkəzi və İcma əsaslı Reablitasiya Mərkəzi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram tədbiri keçirib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, Ağcabədi Günərzi Qayğı Mərkəzinin rəhbəri Gülər Cəfərova, mədəniyyət işçisi Gündüz Sevindik, İcma əsaslı Reablitasiya Mərkəzinin rəhbəri Əsmər Mahmudova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin rəhbəri Əli Əhmədov çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi münasibəti ilə iştirakçıları təbrik edib, onlara xoşbəxtlik və firəvan həyat arzulayıblar.
Bayram tədbirində Heydər Əliyev Mərkəzinin “Rəqs” kursunun üzvlərinin və Günərzi Qayğı Mərkəzinin uşaqlarının ifasında bir-birindən gözəl rəqs təqdim olunub. Şaxta baba, Qar qız və cizgi filmi qəhrəmanların iştirak etdiyi tədbirdə Günərzi Qayğı Mərkəzi və İcma əsaslı reablitasiya mərkəzinin uşaqları şerlər söyləyib, rayon Mədəniyyət Mərkəzinin rəqs qrupunun və Heydər Əliyev Mərkəzinin həvəskar aktyorluq və bədii qiraət kursunun üzvlərinin ifasında kompozisiya nümayiş olunub. Uşaqlara yeni il hədiyyəsi təqdim edilib.
Tədbir Günərzi Qayğı Mərkəzində bayram süfrəsi ilə yekunlaşıb.

(Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)
050 358 5041

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !