Turizm şirkətləri vətəndaşları necə aldadır? - - VİDEO

Turizm şirkətləri vətəndaşları necə aldadır? - VİDEO

 Artıq bir neçə gündür ki, erkən rezervasiya ilə turpaketlərin satışına başlanılıb. İndidən turpaket alıb qənaət etmək istəyənlər diqqətli olun. Son illərdə belə turpaketlərə maraq artdığından bəzi turizm şirkətləri fırıldağa əl atırlar. Beləki qiyməti aşağı təklif edərək ilkin ödənişin 30-40 faizini öncədən alıb bileti isə uçuşdan bir neçə gün əvvəl verəcəklərinin bildirirlər. Mövsüm başlayanda isə artıq həmin şirkətləri tapmaq olmur. İlkin ödənişin 30-40 faizini öncədən alan bəzi turizm şirkətləri mövsüm vaxtı yoxa çıxırlar. Nəticədə vətəndaşlara külli miqdarda ziyan dəyir.

Turizm üzrə ekspert Elgün Babayev bildirir ki,belə turpaketlər adətən mövsümün son aylarına təyin edilir.Vətəndaş isə heçbir halda adına otel və təyyarə bileti bron edildiyini öyrənə bilmir.Eskpert bildirir ki,aldadılmamaq üçün vətəndaşlar mütləq qaydada bəzi nüanslara diqqət etməlidir.

Məsələylə bağlı Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə xəzərxəbərə bildirdi ki, bu tipli şikayətlər son illər artmaqdadı. Onun sözlərinə görə, turizm şirkətlərinə lisenziya tələbinin aradan götürülməsi ilə onların sayı sürətlə artıb. Belə ki, hazırda ölkədə 3000-ə yaxın turizm şirkəti fəaliyyət göstərir. Kənan Quluzadə bildirdi ki, problemin aradan qaldırılması üçün milli məclisə yeni qanun layihəsi təklif edilib. Bununla bərabər vahid turizm reyestrinin yaradılması planlaşdırılır. Mülki sığorta ilə bağlı qanuna əsasən vətəndaş turizm şirkəti bağlandığı və ya iflas etdiyi hallarda ona dəyən ziyanı tam geri ala biləcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !