Bakı Karate-do Akademiyası 2019-cu ilə yekun vurdu. -

Bakı Karate-do Akademiyası 2019-cu ilə yekun vurdu.

 Ümumrespublika tədbirimizdə paytaxtla yanaşı rayon və şəhər komandaları, idmançılar, məşqçilər, dövlət rəsmiləri, hərbçilər, media numayəndələri və s. daxil olmaqla 200-dən çox şəxs fəxri fərmanlarla və hədiyyələrlə mükafatlandırılmışdır.

İdarə heyyətində yeni təyinat da olmuşdur.

BKA -nın yeni idarə heyyəti:
BKA prezidenti Vüsal Abdullazadə
Fəxri prezident Məmməd Əliyev
Vitse-prezident Elçin Məmmədli
Hüquqşünas Yaşar Əhmədov
Mətbuat katibi Fəridə Məhərrəmova

Xüsusi ilə qeyd etmək istəyirəm ki,
Müasir dünyada mötəbər beynəlxalq mədəniyyət və idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi edən Azərbaycan, bütün sahələrdə olduğu kimi, bu sahədə də əsl yüksəliş dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda dünyanın idman ictimaiyyətinin diqqətini çəkən ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkili ölkəmizin iqtisadi gücünü də ortaya qoymuş olur.

Sözsüz ki, bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan inkişaf dövrünə qədəm qoyub. Ümummilli Lider ölkəmizdə sağlam gənc nəslin yetişməsində və uğurlarımızın təbliğində idmanın rolunu həmişə yüksək qiymətləndirib. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. İnsanların fiziki və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu qayğı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına şərait yaradır. Fərəhli haldır ki, respublikamızda idman bölmələrinə axın kütləvi xarakter alıb. Respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya idman kompleksləri, stadionlar, zallar tikilərək idmançıların istifadəsinə verilib. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət alıb. Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb.

BKA 2019-cu ildə 7 yarış keçirib, bu yarışlarda Karate light-kontakt və full kontakt versiyası daxil olmaqla ümümilikdə İl ərzində keçirilən yarışlarımızda Respublikamızdan 4500-dən çox idmançı öz qüvvəsini sınayıb.
BKA beynəlxalq 2019 –cu ildə yarışlarda da ölkəmizi yüksək səviyyədə təmsil edib.
Portuqaliya və Gürcüstanda keçirilən Dünya çempionatlarından ölkəmizə 5 qızıl medal, 2 gümü, 2 bürünc medal gətirmişik...
Həmçinin il ərzində müxtəlif beynləxalq turnirlər və dünya kubokundan ümümilikdə 78 medal qazanmışıq. (32 qızıl, 16 gümüş, 24 bürünc medal)
Ölkə daxili yarışlarda (Respublika çempionatları və Bakı birincilikləri, Açıq şəhərlər arası çemponatlar) –da isə BKA idmançıları 250-dən çox medal qazanıb.
2019-cu il BKA idmançıları üçün uğurlu il olmuşdur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !