Ağcabədi rayonunda uşaqlar üçün Qış nağılı Yeni il festivalı keçirilib. - +FOTO=17 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

Ağcabədi rayonunda uşaqlar üçün “ Qış nağılı” Yeni il festivalı keçirilib. +FOTO=17 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

  Gənclər üçün Təhsil Mərkəzi (GTM) və Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə keçirilən bayram şənliyində xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, şəhid və məcburi köçkün ailələrindən olan 150-dən çox uşaq iştirak edib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Gənclər üçün Təhsil Mərkəzi (GTM) və Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşları Vüsalə Məmmədova, Nurəddin Hacıyev,Ağcabədi Regional Mədəniyyət şöbəsinin müdiri Rza Quliyev, Ağcabədi rayon Təhsil şğbəsinin əməkdaşı Fehruz rRfiyev, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin müdiri Məhsəti Ağayeva, Qarabağ qazisi, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin müdiri Tofiq Cəfərov,Yaqub Məmmədov adına Mədəniyyət evinin müdiri Odər Ağayev,8 saylı körpələr evi-uşaq bağçasının müdiri Əsmər Şərifova, 6 saylı körpələr evi-uşaq bağçasının müəlliməsi Gülşən Quliyeva, 5 saylı tam orta məktəbin müəlliməsi Sevil Bayramova, Zeynəb Fərzəliyeva, Karyera və İnkişaf Mərkəzinin Ağcabədi rayon şöbəsinin rəhbəri Əli Əhmədov və könüllüləri,N saylı hərbi hissənin əsgər və zabitləri, Qarabağ qaziləri və veteranları iştirak etmişdir.
N saylı hərbi hissənin orkestri tərəfindən Azərbayan respublikasının Dövlət himni səsləndirildikdən sonra, Gənclər üçün Təhsil Mərkəzi (GTM) və Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı tədbiri giriş sözü ilə açaraq şənlik iştirakçılarını 31 dekabr Dunya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə təbrik etmişdir.Qeyd etmişdir ki, Azərbaycanın gələcəyi sabahın gəncləri hesab olunan bu günün fidan balalarının əlində olacaq. Ölkəmizdə uşaqlara qayğı Azərbaycan dövlətinin siyasətinin prioritet istiqamətlərindəndir. Yeni nəslin sağlam böyüməsi dövlətin və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqətdə saxlanılır, onlara xüsusi məhəbbət, diqqət və qayğı var. Uşaqların layiqli vətəndaş kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaradıb.
Digər çıxış edən qonaqlar da, Azərbaycanda uşaq siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələrin bu gün də uğurla davam etdirildiyini Prezident İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımların xalqımızın övladlarının taleyində əhəmiyyətli rol oynadığını diqqətə çatdıraraq bayram təbriklərinə qoşulublar.
Şaxta baba və Qarqızın gəlişi uşaqlar tərəfindən böyük sevinclə qarılanıb.
Şənliyin sonunda uşaqlara GTM Qarabağ ofisi,ARİH, YAP Ağcabədi rayon təşkilatı tərəfindən bayram hədiyyələri verildi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !