125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb -

125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilən növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2 145 nəfəri müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: "15 nəfər təşəbbüs qrupları tərəfindən, 1 673 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb". M. Pənahov bildirib ki, müraciət edənlərin 1 954 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: “Onlardan 1 747 nəfəri imza vərəqələrini artıq götürüb, 381 nəfəri imza vərəqini qaytarıb. 125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.(APA) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !