Ziyad Səmədzadə 6-cı dəfə deputat olmaq istəyir -

Ziyad Səmədzadə 6-cı dəfə deputat olmaq istəyir

Bitərəf deputatlardan daha biri-akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, sabiq birinci vitse-spiker və eks birinci vitse-premyer Ziyad Səmədzadə imza vərəqələrini namizədliyini yenidən irəli sürdüyü dairənin Seçki Komissiyasına təhvil verib. Z. Səmədzadə hazırda parlamentdə təmsilçisi olduğu dairədən - 23 saylı Nəsimi-Səbail dairəsindən seçkilərə qatılıb.
Qeyd edək ki, Z. Səmədzadə 6-cı dəfədir seçkilərə qatılıb və 4 dəfə millət vəkili seçilib. O, bir dəfə sovetlər dövründə deputat olub, son 3 çağırışda da Milli Məclisdə (MM) Bakını təmsil edib. Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə həmin dairədən Rəhimov Elnur Fidail oğlunun namizədliyini irəli sürüb. Z. Səmədzadənin namizədliyinin qeydə alınması məsələsinə sabah, yanvarın 3-də Dairə Seçki Komissiyası (DSK) tərəfindən qərar veriləcək. (Etikxeber) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !