Ağcabədi Qarabağ Muğam Mərkəzində Yeni İl şənliyi keçirilmişdir - -FOTO=36 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

Ağcabədi Qarabağ Muğam Mərkəzində Yeni İl şənliyi keçirilmişdir -FOTO=36 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

 AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə 4 yanvar 2020-ci ildə bayramsayağı bəzədilmiş Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində “Qış nağıl”ı adlı bayram tədbiri keçirilmişdir.Ağcabədi şəhər Üzeyir Hacıbəylininin adına Qarabağ Muğam Mərkəzinin müəllim və şagirdlərinin , Ağcabədi şəhər ümumtəhsil məktəblərinin iştirakı ilə keçirilən tədbirdə səhnədə “Qış nağıl”ı nümayiş etdirilmişdir.Tədbirdə həmçinin, uşaqların ifasında şeirlər və musiqi ifaları səsləndirilmişdir. Qarqızla birgə tədbirin qonağı olan Şaxta Baba uşaqları əyləndirmiş və onlara bayram sovqatı hədiyyə etmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !