İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=5

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=5

 KARATE

----------------------------------------

Karateçilərimiz 2020-yə 21 medalla başlayıblar

 

Yanvarın ilk 10 günlüyündə İstanbulda (Türkiyə) karate üzrə ənənəvi beynəlxalq "Bosphorus Cup" turuniri keçirilib. Azərbaycan təmsilçiləri də daxil olmaqla 25 ölkədən olan 1316 şkarateçinin mübarizə apardığı bəlli turnir karateçilərimiz üçün uğurlu olub. Belə ki, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında turnirə qatılan və müxtəlif yaş qruplarında mübarizə aparan 26 idmançımız vətənə 5-i qızıl, 5-i gümüş və 11-i bürünc əyarlı olmaqla 21 medalla dönüblər.

AMKF-dən aldığımlz məlumata görə, milli komandanın məşqçiləri Şahin Xudaverdiyev (kumite) və Anar Əhmədovun (kata) rəhbərliyi ilə altında tatamiyə çıxan təmsilçilərimiz arasında qızıl medalları Rafael Məmmədov (52-60 yaşlı veteranlar, kata), Samir Məmmədov (-75 kq, kumite), Mədinə Sadıqova (21 yaşadək gənclər, -60 kq), Eldar Əhmədov və Sahib Əhədov (para-karate), gümüş mükafatları isə Qəşəm İskəndərov (-75 kq), Novruz Əliyev (-84 kq), Elvin Ağayev (+84 kq), Fərid Savadov (16-17 yaşlı gənclər, -55 kq), Soltan Allahquliyev (13 yaşlı uşaqlar, -45 kq) və Ülvi Zeynalov (para-karate) qazanıb.

Məhəmməd İsmayılov (-67 kq), Fərid Şahbazlı (-75 kq), Ceyhun İsmayılov (kata), Renata Ərəbli (-61 kq), Kəmalə Hüseynova (+68 kq), Qəşəm İsgkəndərov (21 yaşadək gənclər, -78 kq), Xəyal Məmmədov və Ceyhun İsmayılov (21 yaşadək gənclər, kata), həmçinin İnci Əzizova (21 yaşadək gənclər, -60 kq) və Adil Əlyar (para-karate) yarışı üçüncü pillədə başa vurmaqla bürünc medalla kifayətləniblər.

Ümumi hesabda milli komandanın və müxtəlif klubların üzvlərindən ibarət Azərbaycan karateçiləri Türkiyəli idmançılardan sonra ikinci nəticə göstəriblər.

İNTİQAM

 

 

=======================================================


VOLEYBOL
---------------------------------------------
Qadın voleybol yığmamaızın uğrsuz startı


Yanvarın 7-də Hollandiyanın Apeldorne şəhərində qadın voleybolçular arasında Tokio-2020-yə lesenziya verən Avropa Olimpiya Təsnifatlı turnirə start verilib. Baş məşqçi Vasif Talıbovun rəhbərliyi altında bəlli turnirə qatılan Azərbaycan millisi ilk matçını ev sahibi olan Hollandiya yığmasına qarşı keçirib. Təəssüflər olsun ki, millimizin startı uğrsuz olub. Belə ki, zanbaqlar ölkəsinə qarşı oyunda yığmamız "quru2 hesablı məğlubiyyətlə üzləşib - 0:3. Oyunun gedişatına gəlincə, heyətində çoxlu sayda gənc voleybolçunun olmasına baxmayaraq, yığmamız heç də pis oyun nümayiş etdirmədi. Birinci setdə yığmamız rəqibi hesabda bir necə dəfə üstələsə də (13:9, 14:11, 15:11) sonradan təşəbbüsü əldən verərək 28 dəqiqə davam edən seti minimal fərqlə uduzub - 23:25. İkinci set demək olar ki, hollandların açıq-aşkar üstünlüyü ilə keçib. Yalnız setin əvvəlində rəqibi üstələyən (3:2, 4:3) voleybolçularımız buraxdıqıarı səhvlər üzündən 22 dəqiqəyə təslim olublar - 18:25. Üçüncü set bir qədər dramatik keçib. Yığmamızın qalib gəlmək şansı olsa da bu fürsəti əldən buraxıb. Hesab 5:5 olandan sonra üstünlüyə yiyələnən yığmamız (7:5, 8:6, 14:11, 16:12) yenidən adi epizodlarda səhvə yol verməklə (19:16, 19:19, 19:20 ) bu seti də uduzub - 22:25. Həlledici set 24 dəqiqə davam edib. Bu oyunun ən məhsuldar oyunçusu Azərbaycan millisinin üzvü Yelizaveta Səmədova olub. O, özünün və komandasının aktivinə 18 xal yazdırıb. Rəqib komandadan isə 14 xalla Robin de Kroyf fərqlənib.
image.png
Xatırladaq ki, yığmamızın yer aldığı A qrupunda keçirilən digər oyunda Polşa millisi Bolqarıstanı 3:1 hesabla udub. Yığmamız növbəti matçını yanvarın 9-da Bolqarıstana qarşı keçirəcək.
Turnirin B qrupunda baş tutan oyunda isə Almaniya millisi Türkiyəni 3:1 hesabla üstələyib. Reqlamentə görə hər qrupdan iki ən yaxşı komanda pley-offa çıxacaq. Bu baxımdan yığmamız hələki pley-offa çıxmaq şansını itirməyuib.Turnirin qalibi Tokio-2020-yə lisenziya qazanmış olacaq.
İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !